Hyundai şirkəti 2021-ci model ilinin Veloster N "qaynar" hetçbekini təqdim edib. Hot-hetç, vəd olunduğu kimi, yaş muftaları olan 8-pilləli N DCT transmissiya ilə də təchiz edilib. Şirkətdən yeni qutunun daha çox fırlanma anı həzm etməyə qadir olduğu da bildirilib.
Veloster N modelində transmissiya yeni proqram təminatın; və bir neçə yeni xüsusiyyəti əldə edib. Məsələn, N Grin Shift (NGS) əlavəsi üfürmənin təzyiqini 20 saniyəyə artırır və ötürmə müddətini qısaldır ki, bu da fırlanma anının yeddi faizlik artımını təmin edir.
N Power Shift (NPS) funksiyası drossel çəpərciyi 90% açıldıqda işə düşür və yuxarı pilləyə keçməyin optimal vaxtını seçir. N Track Sense Shift (NTS) funksiyası isə, yol şəraitindən asılı olaraq pillələrin dəyişmə vaxtlarını avtomatik olaraq tənzimləyir. "Robot" ilə təchiz edilmiş Veloster N 100 km/saat həddinə 5.6 saniyəyə sürətlənir və 275 at qüvvəsi hasil edən 2.0-litrlik turbomühərrik iləhərəkətə gəlir.
Yeni N DCT transmissiyası ilə yanaşı, yenilənmiş Veloster N modeli 8-düymlük ekranı və JBL səs sisteminə malik olan media kompleksi ilə təchiz edilir. Eyni zamanda,hot-hetç, zolağa nəzarət, avtomatik uzq işqılar, frontal toqquşmaların qarşısını alan sistem və arxa köndələn trafiki izləmə sistemləri daxil olan SmartSense təhlükəsizlik kompleksini əldə edib. Opsiyalar arasında həmişəkindən iki kiloqram daha yüngül olan N Light Sports Bucket kresloları vardır.
Yenilənmiş Hyundai Veloster N modelinin Cənubi Koreyadakı satışlarına artıq start verilib.