Hindistanda Alcazar adı altında satılan krossover bundan sonra 1,5-litrlik “turbodördlük” ilə təchiz olunacaqdır. Bundan başqa, avtomobilin radiator barmaqlığı dəyişdirilib, standart avadanlıq siyahısı isə genişləndirilib. Artıq modelin təchizatına altı təhlükəsizlik yastığı və start-stop sistemi daxildir. Hyundai Alcazar həmçinin panoram damı, rəqəmsal cihazlar panelini, Bose səs sistemini və hərəkət rejimlərinin idarəetmə selektorunu alıb.
Hyundai Alcazar həmçinin 6-7 yerlik salonu və geniş transformasiya imkanları təklif edir. Əgər əvvəllər krossoverin mühərrik çeşidində yalnız 2.0 Nu (159 at qüvvəsi, 192 Nm) atmosfer mühərriki və 1.5 U2 CRDi (116 at qüvvəsi, 250 Nm) dizel aqreqatı var idisə, indi atmosfer mühərrikini 1.5 Turbo GDi benzin turbomühərriki əvəzləyib. Bu aqreqat 160 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edir, altı pilləli mexaniki ötürmələr qutusu və ya 7DCT "robotu" ilə tandemdə çalışa bilər.
Mühərrik həmçinin E20 (20% etanol və 80% benzin) qarışığı ilə işləyir və 100 kilometrə 5,6-5,7 litr sərf edir. Onun zərərli tullantıları sərt RDE (Real Driving Emissions) standartlarına cavab verir. Qeyd etmək gərəkdir ki, 1.5 CRDi dizeli də eyni prosedura uyğun olaraq sertifikatlaşdırılıb. Yeni mühərrik ilə yanaşı, Alcazar dəyişdirilmiş radiator barmaqlığını, altı təhlükəsizlik yastığını (sürücü, ön sərnişin, yan və pərdələr), həmçinin start-stop sistemini alıb.
Ümumiyyətlə, krossoverin təchizatı seqmentin standartlarına görə çox zəngin hesab edilir. Məsələn, siyahıda rəqəmsal cihazlar panelinin diaqonalı 10,25 düym olan ekranı, səkkiz dinamikli Bose səs sistemi, indikasiyalı hava təmizləyicisi, qatlanan masalar və kandar dayaqları var. Alcazar həmçinin səslə aktivləşdirilən pərdəsi olan panoram dam, 64 rəngli ətraf işıqlandırması, hərəkət rejimlərinin selektoru və dartmaya nəzarət sistemi ilə təchiz edilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.