Hyundai Motor Group konqlomeratına daxil olan avtomobil komponentləri tədarükçüsü Hyundai Mobis şirkəti bir LED modulunun həm əsas işıq, həm də əyləc işığı kimi istifadə edilməsinə imkan verən HLED texnologiyasını hazırlayıb. Yeni texnologiya artıq Avropada və ABŞ-da lazımi sertifikatlaşdırmanı keçib.
HLED texnologiyası (“H” hərfi high performance, high definiton və homogenety, yəni “yüksək məhsuldarlıq, yüksək icazə və həmcinslik” ifadə edir) 5,5 millimetr qalınlığında fəaliyyət səthi olan çevik LED moduludur. Elektrik siqnallarının köməyi ilə Hyundai Mobis mühəndisləri onun parlaqlıq səviyyəsini idarə etməyi öyrəniblər, buna görə də, bir blokda həm arxa işıqları, həm də əyləc işıqlarını birləşdirmək mümkündür. Belə texnologiyanın əsas üstünlükləri - aşağı çəkisi (bəzi komponentlərdən imtina edilməsi sayəsində) və dizayn seçimində sərbəstlikdir.
HLED modulları istənilən istiqamətdə əymək olar. Bu halda da işıqlandlrma parlaq və rəvan olacaqdır. Belə fənərlər quraşdırılmış əyləc işığı beş istiqamətdə yayılır, bu da onun görünmə qabiliyyətini yaxşılaşdırır. Bu, xüsusilə avtomobil arxa və ya yan tərəfdən yaxınlaşdıqda nəzərə çarpacaqdır. Hyundai Mobis şirkəti yeni texnologiyanın Atlantik okeanının hər iki tərəfində lazımi sertifikatlaşmadan keçdiyini və şirkətin Avropa istehsalçılarından bir neçə sifariş aldığını bildirib.
HLED texnologiyasının təkmilləşdirilməsi davam etdiriləcəkdir və bu texnologiya gələcək avtomobillərin işıqlandırma texnikasının əsasını təşkil edəcəkdir. Hyundai Mobis şirkəti elektromobillər və pilotsuz nəqliyyat vasitələri üçün xüsusi optikanı yaratmağı planlaşdırır. Üstəlik, şirkət elektrik güc aqreqatları üçün hazırladığı komponentləri də üçüncü şəxslərə satmaqda maraqlıdır. Bu, isteshal həcmini artırmağa və ana Hyundai şirkəti üçün ehtiyat hissələrinin qiymətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəkdir.