Hyundai şirkəti üçüncü nəsil yeni modul platforması haqqında məlumat verib. Sərtlik, təhlükəsizlik, səs və vibrasiya nöqteyi nəzərindən yaxşılaşdırılmış platformadan ilk dəfə olaraq yeni nəsil Sonata sedanında istifadə ediləcəkdir.
Üçüncü nəsil platformaya keçilməsi birinci növbədə avtomobillərin dizaynına təsir göstərəcəkdir. Təqdimat videoçarxından göründüyü kimi, avtomobillərin çıxışları qısa, dam və kapot xətti, həmçinin sərnişinlərin oturma səviyyəsi aşağı düşəcəkdir. Ümumilikdə, avtomobillərin proporsiyaları daha dinamik olacaqdır. Bundan başqa, daha aşağı ağırlıq mərkəzi və çəkinin 5% azalması idarəetməyə müsbət təsir göstərəcəkdir.
Platformanın xüsusiyyətlərindən biriqəza zamanı zərbənin enerjisini üç istiqamətdə bölüşdürən ön güc strukturudur. Təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə qaynar ştamplama metodu ilə hazırlanan gücləndirilmiş polad detallar da təsir edir. Hyundai kiçik maneyəyə öndən zərbə zamanı bu detallar avtomobili yerində dönməyə deyil, yerini dəyişməyə məcbur edir.
Altlığın və aerodinamik effektivliyin yenidən işlənməsi sayəsində yeni platformada mühərrik bölümünün soyudulması da yaxşılaşdırılıbdır. Çəkinin bölünməsi də optimallaşdırılıbdır. Bu, hibrid modifikasiyalara da aiddir. Bunun üçün, batareyanı arxa oxun ardında deyil, bazada yerləşdirnək qərarlaşdırılıb. Bundan başqa, arxa asqının geometriyası və ön təkərlərin dönməsinin uzununa maillik dərəcəsi (kastor) dəyişdirlibdir.
Yeni platformadan müxtəlif güc aqreqatları, o cümlədən elektrik mühərriki olan avtomobillərin inşası üçün istifadə ediləcəkdir.