Hyundai şirkəti yeni tip avtomobil qapılarını işləyib-hazırlamışdır. İstehsalçının bildirdiyinə görə, bu qapılar əsasən səyahət və istirahət zamanı istifadə edilən avtomobillər üçün nəzərdə tutulmuşdur. Bu tip nəqliyyat vəsitələrini Hyundai «recreational vehicle» («istirahət üçün nəqliyyat») adlandırır. Yeni tip qapıları Hyundai şirkəti Amerika Birləşmiş Ştatlarında patentləşdirmişdir. Yeni qapı özündə iki növ qapını özündə cəmləyir - bunlar hərəkətli və «qağayı qanadı» tipli qapıların tandemidir.

Hərəkətli qapı variantı sərnişinlərin minib-düşməsi üçün istifadə edilə bilər ki, yuxarı qalxan variant isə, əşyaların yüklənib-boşaldılması prosesini asanlaşdırır. Patent sənədlərində - «Əgər avtomobilin qapılarını yük avtomobillərinin yan tərəfləri kimi açmaq olsaydı, bu boş məkan  hissiyatını artıra və əşyaların yüklənib-boşaltma prosesini asan edə bilər», - deyilir.

Bununla belə, Hyundai şirkəti «qağayı qanadı» tipli qapıların sərnişinlərə narahatçılıq yaratdığını qəbul edir. Səbəb isə, bu tip qapıların açılıb-bağlanması çətinliklər yaratmasındadır.

Cənubi Koreyalı istehsalçının sənədlərdə həmçinin qeyd edilmişdir ki, belə həll üsulu səyahət etməyi sevən, lakin avtomobildə boş məkan cəhətdən çətinlik çəkən insanlar üçün əlverişli olardı. Qoşqu və treylerləri koreyalılar çox bahalı adlandırmışdırlar.

2015-ci ilin yazında Hyundai şirkəti sükan arxasında olan sahibinin mobil telefonunu söndürən və ya onun bir sıra funksiyalarını qapadan texnologiyanın patentini rəsmiləşdirmişdi.

İstehsalçının fikrinə görə, bu texnologiya yol hərəkəti təhlükəsizliyini artırmağa xidmət göstərəcəkdir, belə ki, sürücünün diqqətini yayındıran faktorların sayı azaldılmış olacaqdır.