Hyundai şirkəti yeni aktiv səs-küyün boğulması sistemini yaradıb ki, bu sistem hərəkət zamanı salona daxil olan kənar səslərlə mübarizə aparacaqdır. Onun vericiləri və hesablama bloku siqnalları yeyin aşkar və təhlil edərək ortalama səs-küy səviyyəsinin üç desibel azaldır.
RANC (Road Noise Active Noise Control) sisteminin hazırlanması prosesinə 6 il sərf edilib. Bu işdə Hyundai şirkətinə Koreya qabaqcıl texnologiyalar institutunun alimləri yardım edib. Sistemin kütləvi istehsala uyğunlaşdırması mərhələsində alimlərə Harman firmasının mütəxəssisləri də qoşulublar. Sistemin vericilərinin yerləşməsinə və səslərin boğulması üçün siqnalın seçilməsi alqoritminə Cənubi Koreyada və Şimali Amerikada patentlər qeydə alınıb.
Akselerometrin məlumatlarından istifadə edən RANC bloku vibroyüklənmənin parametrlərini hesablayır, mərkəzi kompyüter isə yoldan daxil olan səs-küyü təhlil edir. Hesablama və dinamiklər vasitəsi ilə fazadankənar səs dalğaları buraxan rəqəmsal siqnal prosessoruna məlumatın ötürülməsi 0,002 saniyə çəkir. Müqayisə üçün, cari aktiv səsboğma sistemlərinə bu prossesin həyata keçirilməsinə 0,009 saniyə tələb olunur. Özü də, təhlil sürücü, sərnişin və ikinci cərgə üçün ayrı-ayrılıqda real vaxt rejimində aparılır.
Beləliklə, RANC sistemi səs-küy səviyyəsini üç desibel azaldır. Şirkətdən bu göstəricinin RANC sistemi olmayan avtomobillərin salonunda qeydə alınmış göstəricidən iki dəfə az olduğu bildirilib. İstehsalçı gələcəkdə bu sistemi elektromobil və hidrogenlə çalışan avtomobillərdə tətbiq etmək niyyətindədir. Yeni sistem izolyasiya materiallarının ixtisara salınması sayəsində avtomobillərin çəkisini azaltmağa imkan verəcəkdir.