Hyundai dördüncü nəsil Tucson modelinin texniki detallarını açıqlayıb. Krossover idman modifikasiyasını və hibrid güc aqreqatını əldə edəcəkdir.Yeni Hyundai Tucson modelinin Cənubi Koreyadakı istehsalına 14 sentyabrda başlanacaqdır. Konveyerdən çıxan ilk modifikasiya 180 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərrik ilə təchiz ediləcək baza modifikasiyası olacaqdır. Bundan başqa, yeni Tucson modelinin yenilənmiş 2,0-litrlik dizel mühərrikini də alacağı gözlənilir.
Standart modifikasiyalardan sonra, 2,5-litrlik benzin mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilmiş "qaynar" Tucson N Line modelinin istehsalına başalanacaqdır. Hibrid qurğunun ümumi hasilatı 230 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edəcəkdir. N Line modifikasiyasının istehsalına 28 sentyabr tarixində start veriləcəkdir.
Krossoverin başqa bir modifikasiyası "bərkgedən" Tucson N idman versiyası olacaqdır. "Bərkgedən" krossover 2,5-litrlik turbomühərriki əsasında yaradılmış 290 at qüvvəsinə və 421 Nm fırlanma anı təklif edən hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. İstehsalçı ən güclü versiyasının istehsalının başlanacağı tarixini açıqlanmayıb.