Subkompakt modelin eksteryer dizaynına və kuzovun rəng palitrasına yenidən baxılıb, habelə köməkçi elektronika təkmilləşdirilib. Məsələn, i20 velosipedçiləri aşkarlamağı öyrənib. Hetçbekin mühərrik çeşidinə 100 və ya 120 at qüvvəli 1,0-litrlik "turboüçlük" daxil edilib. Transmissiyalar çeşidinə "robot" və mexaniki ötürmələr qutusu mövcuddur.

Yenilənmiş Hyundai i20 hetçbekinin xarici görünüşündə bir sıra dəyişikliklər baş verib, lakin onların hamısı kosmetik xarakter daşıyır. Hetçbek başqa bamperləri, radiator barmaqlığını, 16 və 17 düymlük  təkər disklərini əldə edib. Kuzov boyası palitrasına üç yeni çalar daxildir: Lucid Lime Acid Metallic, Lumen Grey Pearl və Meta Blue Pearl. Üstəlik, Lucid Lime dekor rəngi indi salon üçün də təklif olunur.

Hyundai i20 hetçbekinin standart təchizatına 4,2-düymlük displeyi olan marşrut kompüteri və 10,25-düymlük ekranı olan media sistemi daxildir. Bundan başqa, hetçbek üçün 4G rabitəsi, “hava” üzərindən yeniləmə, USB-C portu, simsiz enerji doldurma sistemi, Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəyi bəyan edilib.

Eyni zamanda, Smart Sense təhlükəsizlik kompleksi standart təchizata daxildir. Elektronika piyadaları və velosipedçiləri tanıyır, avtomobili zolaqda saxlayır və dayanacaqdan çıxarkən toqquşmaların qarşısını almağa kömək edir, lakin sonuncu funksiya artıq opsiya şəklində mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında 48 voltluq startyor-generatoru olan və iki güc səviyyəsində təklif edilən (100 və 120 at qüvvəsi) üçsilindrli 1,0 T-GDi  tubomühərriki yerləşir. Subkompakt üçün iki ötürmələr qutusu təklif olunur: yeddi pilləli DCT “robotu” və yanacağa qənaət etmək üçün mühərriki transmissiyadan ayıran elektron muftaya malik olan 6-pilləli iMT mexaniki ötürmələr qutusu.

Restaylinq keçmiş hetçbeklərin istehsalı Türkiyədəki Hyundai zavodunda təşkil ediləcəkdir. Avtomobillərin yığılmasına bu ilin üçüncü rübündə start veriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.