Hyundai şirkəti yenilənmiş i30 model xəttini təqdim edib. Hetçbeck, fəstbək və universal kuzovu ilə təklif edilən model yeni bamperlər və optikaya, 10,25-düymlük displeyi olan multimedia sisteminə, “yumşaq” hibrid qurğuya və 1,0- litrlik baza mühərrikinə sahib olub. Bundan əlavə, restaylindən sonra universal kuzovlu model də N Line "idman" versiyasında təklif edilir.

Yenilənmiş Hyundai i30 N Line modelləri V-şəkilli gündüz hərəkət işıqları olan LED fənərləri, yeni radiator barmaqlığını, təkmilləşdirilmiş diffuzoru və diametri 18 düym olan almaz tozu çilənmiş diskləri əldə ediblər. İndi N Line ailəsində təkcə hetçbəck və fəstbək deyil, həm də universal var.

Hyundai i20 modelinin ardınca, i30 ailəsi də 10,25-düymlük displeyi olan multimedia sistemini əldə edib. Alternativi olmayan analoq cihazlar paneli yerini virtual panelə verib. Son tendensiyaların əksinə multimedia sisteminin displeyi  cihazlar paneli ilə birləşdirilməyib, lakin sistem Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyir. Eyni zamanda, salonda smartfonların simsiz doldurulması meydançası da peyda olub.

Hyundai i30 modelinin baza versiyası indi 120 at qüvvəsinə sahib olan üçsilindrli 1,0-litrlik T-GDI turbomühərriki ilə təchiz edilir. Opsional olaraq, mühərrik i48 voltluq yumşaq-hibrid sistemlə təchiz etmək olar. 136 at qüvvəli 1,6-litrlik dizel mühərrik çeşidində qalsa da, yumşaq-hibrid "əlavəyə" sahib olub. Mühərrik çeşidinin ən yüksək pilləsində  159 at qüvvəsi hasil edən 1,5-litrlikdördsilindrli turbomühərrik durur. Əvvəlki 1,4-litrlik turbomühərrik çeşiddən çıxarılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün güc aqreqatları 6-pilləli mexaniki transmissiya və ya iki muftalı 7-pilləli "robot" ilə təklif edilirlər. Üçsilindrli turbomühərrik üçün isə, mühərrik və transmissiya arasındakı əlaqəni kəsmə funksiyasına malik olan mexaniki  iMT ötürmələr qutusunu sifariş etmək olar.

Yenilənmiş Hyundai i30 modellərinin təqdimatı gələn həftə işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. Modellərin satış qiymətləri və tarixləri daha sonra açıqlanacaqdır. Bir qədər sonra isə,Hyundai i30 modelinin "qaynar" N-versiyası təqdim olunacaqdır.