Hyundai şirkəti i30 ailəsinin ardınca i30 N modelini də yeniləyib. Əsas yeniliklərdən biri də Performance versiyasına quraşdırılan turbomühərrikin artmış məhsuldarlığı, həmçinin mexaniki transmissiyaya alternativ olaraq təklif edilən, sükanaltı dəstəkləri olan iki yaş muftalı səkkiz pilləli “robotdur”.
Standart Hyundai i30 N modeli 250 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc qurğusu yalnız mexaniki sürət qutusu ilə tandemdə çalışır. Lakin, Performance versiyasındakı mühərrikin gücü 275-dən 280 at qüvvəsinə, fırlanma anı isə 353-dən 392 Nm-ə qədər artırılıb. Bundan əlavə, mühərrik artıq N DCT “robotu” ilə tandemdə çalışır.
N DCT “robotu” NGS (N Grin Shift) rejimini alıb: bu rejimi sükan üzərindəki düymə ilə aktivləşdirilir və növbəti 20 saniyə ərzində mühərrikin gücü maksimuma qədər artır. Avtomobil istehsalçısının sözlərinə görə, mexaniki transmissiya ilə təchiz edilən yenilənmiş i30 N Performance modeli 100 km/saat həddinə 5,9 saniyəyə sürətlənir.
Bu yenilənmədən əvvəlki modeldə olduğundan 0,2 saniyə yeyindir. N DCT “robotu” ilə təchiz edilmiş modifikasiyanın dinamikası, həmçinin standart i30 N hetçbekinin göstəriciləri hələlik açıqlanmayıb. Hər iki versiyanın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Hyundai i30 N Performance modeli elektron idarəetməli differensial kilidi, tənzimlənən çəpərciyi olan buraxılış sistemi, 19-düymlük təkər diskləri (adi i30 N modelində 18-düymlük) və Pirelli P Zero şinləri ilə təchiz olunur. Ön əyləclərin diametri 360 millimetrə qədər artırılıb, salonda isə yeni idman oturacaqları quraşdırılıb: onların çəkisi 2,2 kiloqram azalıb.
Hyundai i30 N modelinin Avropadakı satışlarına 2021-ci ilin əvvəllində başlanacaqdır. İlk mərhələdə i30 N modeli yalnız hetçbek kuzovu ilə təklif ediləcəkdir.