San Pauloda keçirilən Sau Paulo International Auti Show 2016 sərgisində Hyundai şirkəti konseptual Hyundai Creta STC Concept (Sport Truck Concept) modelini təqdim etmişdir.
Bununla belə, Hyundai Creta modelinin bazasında yaradılmış Hyundai Creta STC konsepti donorundan daha iri ölçülərə malikdir. Konseptin qabarit uzunluğu 4,65 metrə bərabərdir ki, bu da praktiki olaraq Creta krossoverində olduğundan bir metr uzundur. Prototipin eni 1,85 metr, təkər bazasının uzunluğu isə 2,80 metrdir. Adi Hyundai Creta modelində bu parametrlər müvafiq olaraq 1,78 və 2,59 metr təşkil edir. Hyundai Creta STC prototipi 295/40 R21 ölçülü Pirelli Scorpion Zero təkərləri ilə təchiz edilmiş 21-düymlük təkər diskləri üzərində durur. Koreyalılar iri disklərin avtomobilin görkəminə idman xarakterini bəxş etdiyini iddia edirlər.
Konseptin layihəsi üzərində Cənubi Koreya istehsalçısının Hyundai Design Center və Hyundai Motor Brazil bölmələri işləmişdirlər. Layihənin başlıca məqsədi iri şəhərlərdə və inkişaf etməkdə olan ölkələrdə yaşayan gənc nəsil üçün idman aksentləri olan avtomobilin hazırlanması olmuşdur.
Hyundai Creta STC prototipi Santa Cruz Concept konseptində olduğu kimi tap işıqdiodlarından hazırlanmış işıq texnikasını və Koreya markasının dizayn üslubunda jazırlanmış radiatir barmaqlığını əldə etmişdir. Əlavə olaraq avtomobil kuzovun əlavə müdafiəsi və plastik qurşağı ilə təchiz edilmişdir. Prototipik yük bölümü demək olar ki, kvadrat formaya malikdir. Bölümün uzunluğu 1,30 metrə, eni - 1,29 metrə, hündürlüyü isə 51 santimetrə bərabərdir. 650 kiloqram yük apara bilən pikapın kuzovunda əlavə dinamiklər, elektrik rozetkaları və yük bölmələri vardır. Konseptin texniki tərəfi barədə heç bir məlumat verilməmişdir. Bu konseptin seriyaya getməsi halında, onun Braziliyadakı əsas rəqibi Fiat Toro modeli olacaqdır.