Smart şirkəti özünün tarixindəki ən böyük modeli olan Concept 1 konseptini Münhendə keçirilən avtosalonda təqdim edib. B sinifindən olan krossover Geely şirkəti ilə birlikdə hazırlanıb: ölçülərinə görə yeni krossoveri MINI Countryman ilə müqayisə etmək olar. Elektromobil konsept statusunda olsa da, onun seriya versiyasını uzun müddət gözləməli olmayacağıq - krossover 2022-ci ildə Çin və Almaniyada satışa çıxarılmalıdır.

Geely şirkəti Smart markası altında yeni elektromobillərin dizaynını və bazara çıxarılmasını öz üzərinə götürüb, Daimler şirkətinin baş dizayneri Qordon Vagenerin rəhbərlik etdiyi alman stilistlər qrupu isə, markanın korporativ üslubunun üzərində işləməklə məşğul olub. Birgə işin nəticəsi, Smart markasının gələcək inkişaf istiqamətini nümayiş etdirmək üçün hazırlanmış Concept 1 konsept avtomobili olub.

Alman stilistlərinin məsuliyyət daşıdıqları dizayn qeyri-adi alınıb: məsələn, avtomobilin arxa qapıları taybatay açılandırlar (tutacaqları yoxdur - onları sensorlu panellər əvəzləyir), bundan əlavə, konsept işıqlanan üçbucaqlı elementləri olan panoram damı, habelə mürəkkəb naxışlı işıq texnikası ilə öyünə bilər.

Konseptin salonu dörd nəfər üçün nəzərdə tutulsa da, seriya krossoveri beşyerli olacaqdır. İnteryer tərtibatında qızıl örtüklü detallardan istifadə edilib, ön paneldə isə, multimedia sisteminin 12,8-düymlük ekranı var. Avtomobilin təchizatına adaptiv kruiz -kontrol və avtomatik parklanma sistemi daxildir.

Krossover, Geely şirkəti tərəfindən Çin holdinqinə məxsus markaların elektrik modelləri üçün hazırlanmış SEA (Sustainable Experience Architecture) arxitekturasına əsaslanır. Məsələn, son Zeekr 001 modeli eyni platforma üzərində qurulub, yaxın gələcəkdə isə, bu platformada Volvo elektromobilləri də inşa ediləcəkdirlər.

Concept 1 prototipi Smart markasının tarixindəki ən iri avtomobildir: onun uzunluğu 4,3 metr, eni təxminən iki metr, hündürlüyü isə 1,7 metrdir. Avtomobili oxları arasındakı məsafəsi 2.75 metr təşkil edir. Qabaritlərinə görə krossoveri MINI Countryman və Avropada satılan Renault Captur müqayisə etmək olar, lakin onun təkər bazası adı çəkilən modellərdə olduğundan on santimetr böyükdür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq xəbər verdiyimiz kimi, Smart elektrokrossoverinin əsas satış bazarları Çin və Almaniya olacaqdır, lakin krossoverin digər Avropa ölkələrində təklif ediləcəyi istisna olunmur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.