Ən böyük beynəlxalq avtomobil salonlarında biri sayılan və Almaniyada keçirilən IAA (Internationale Automobil-Ausstellung)sərgisi Frankfurtdan Münhenə köçəcəkdir. Bu qərar Alman Avtomobil İstehsalçıları Birliyi (VDA) tərəfindən qəbul edilib. Bavariyada şəhər Köln, Hamburq, Hannover və Berlin də daxil olmaqla bir neçə variantın arasından seçilib.
2019-cu ildə Frankfurtda keçirilən son sərgi, avtoistehsalçıların sərginə iştirak etmək əvəzinə digər tədbirlərə üstünlük verdiyini göstərib. Belə ki, ötən il Nissan, Aston Martin, Ferrari, Cadillac, Chevrolet, Chrysler, Citroen, Infiniti, Mazda, Mitsubishi, Rolls-Royce, Subaru, Suzuki, Toyota və Volvo Frankfurta gəlməkdən imtina etmişdilər.
Münhendə kiçiriləcək beynəlxalq avtosalon 2021-ci ildə baş tutacaqdır. Daha əvvəl, VDA yalnız avtosalonun keçiriləcəyi məkanın deyil, həmçinin onun formatının dəyişdiriləcəyi də bildirilmişdi. Yeni konsepsiya sərgidə iştirakı avtoistehsalçılar üçün daha cəlbedici etməlidir. Güman edilir ki, gələcəkdə avtosalon ideyası son məhsul - avtomobil ətrafında deyil, "hərəkətlilik konsepsiyası" ətrafında cəmlənəcəkdir və şirkətlərə bu sahədə müxtəlif həll yollarını nümayiş etdirmək imkanı verəcəkdir.
Ötən həftə Avropanın ən əhəmiyyətli avtomobil tədbirinin - Cenevrə avtosalonunun ləğv edilməsi qərara alınıb. İsveçrə hökuməti, koronavirus səbəbi ilə mindən çox insanın iştirak etdiyi ictimai tədbirlərə qadağa qoyub. O vaxta qədər ölkədə artıq doqquz COVID-19 virusuna yoluxma hadisəsi aşkar edilmişdi.
Mənbə: VDA.de