Cupra subbrendi Münhendə keçirilən IAA Mobility sərgisində Tavascan Extreme E Concept adlı yarış ofrouderini nümayiş etdirib. Gələn il bu avtomobil Extreme E çempionatının yeni mövsümünün startına çıxacaqdır. Hələlik isə, istehsalçı onun bəzi xüsusiyyətlərni və “birinci nəsil” prototipindən fərqlərini açıqlamağa hazırdır. Əvvəlki kimi, Extreme E “döyüş” avtomobilinin əsasını Spark Racing Technology firması tərəfindən inşa edilmiş Spark Odyssey 21 baqqisi təşkil edir.

ABT Cupra X komandası, Extreme E seriyasının digər iştirakçıları kimi, Spark Racing Technology firmasının hazırladığı Odyssey 21 prototipində çıxış edir. Ofrouderlər zahiri cəhətdən fərqlənsələr də, texniki cəhətdən eynidirlər.  Niobiyum aşqarlı poladdan hazırlanmış borulu çərçivəyə malik olan baqqilər, 558 at qüvvəli iki elektrik mühərriki və 54 kilovat-saatlıq (cəmi 40 kilovat-saatı istifadə edilir) batareya ilə təchiz olunurlar və sıfırdan 100 km/saata 4.5 saniyəyə sürətlənirlər.

ABT və Cupra komandalarının hazırkı “döyüş” prototipi e-CUPRA ABT XE1 adlanır. Yeni prototip isə, böyük ehtimall, markanın ikinci seriya elektromobilinin şərəfinə Tavascan adlandırılacaqdır. Cupra Tavascan modeli 2024-cü ildə bazara çıxacaq və müəyyən mənada yarışçı adaşına bənzəyəcəkdir. Hələlik isə, Cupra ofrouderin ön və arxa hissəsinin dizaynını tamamilə dəyişdirdiyi və UrbanRebel hetçbekindəkinə bənzəyən üçbucaqlı gündüz hərəkət işıqları olan fənərlərin gövdələrini 3D-printerində çap etdiyi ilə öyünə bilər.

Belə hissələri cəmi altı saat ərzində hazırlamaq olar. Cupra konstruksiyanın belə xüsusiyyətini özünün rəqabət üstünlüyü hesab edir: qəza halında fənərlərin əvəzlənməsi və onların işıq mənbəyinin mövqeyinin dəyişməsinə uyğunlaşdırılması çox az vaxt aparacaqdır. Tavascan Extreme E Concept prototipinin başqa bir maraqlı cəhəti, tərkbində kətan lifləri olan biokompozitdən hazırlanmış kuzov panelləridir. Eyni materialdan 1100 at qüvvəli Porsche Mission R konseptində də istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Biokompozit çəkidə heç bir qazanc vermir - o, adi karbon lifindən 10% ağırdır. Digər tərəfdən, istehsal zamanı kompozit 85% daha az CO₂ buraxır ki, bu da, Extreme E çempionatının ilkin konsepsiyasına daha çox yaxındır: seriyanın təşəbbüskarları, iqlim dəyişikliyindən ən çox təsirlənən yerlərdə yarışlar təşkil edəcəklər. Belə k, son yarış Qrenlandiyada keçrilib - NASA-nın məlumatlarına görə, orada son 15 ildə beş trilyon ton buz əriyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.