Mercedes-Benz şirkəti Münhendə keçirilən avtosalonda yeni icadını nümayiş etdirib: bu, avtomobili “əlsiz” idarə etməyə imkan verən cihazdır. Qurğunu nümayiş etdirmək üçün keçən ilin yanvar ayında CES-2020 istehlak elektronikası sərgisində təqdim olunmuş konseptual Vision AVTR elektromobili seçilib. Avtomobil BCI (Brain-to-Computer Interface) texnologiyasının köməyi ilə sürücünün fikirlərini oxumağı öyrənib.

Vision AVTR pototipinin ön panelinə hər biri müəyyən funksiya ilə əlaqəli olan işıqlanan nöqtə-nişanlar çıxarılır. Sürücünün başının arxa hissəsinə bərkidilmiş BCI cihazı, qısa tənzimləmədən sonra, beyin qabığındakı neyronları real vaxt rejimində izləyərək, beyin fəaliyyətini qeydə almağa başlayır.

Beləliklə, cihaz insanın diqqətinin hansı işıq nöqtəsinə yönəldiyini hesablayır və avtomobilin gərək olan funksiyasını aktivləşdirir. “Düşüncənin gücü” ilə elektromobilin hansı funksiyalarını aktivləşdirməyin mümkün olduğu dəqiqləşdirilməyib.

Mercedes-Benz şirkəti yeni texnologiyanı səs köməkçisi və firma MBUX Hyperscreen multimedia sistemindən sonra avtomobil ilə qarşılıqlı əlaqəni sadələşdirmək üçün atılan növbəti əhəmiyyətli addım adlandırır.

Şirkətin fikrinə görə, yeni texnologiya əlillər üçün xüsusilə faydalı olacaqdır, çünki avtomobili idarə etmək üçün nə toxunuş, nə də səsli əmrlər tələb olunmur. Yeni texnologiyanın tətbiqi hələlik mümkün görünməsə də, mühəndislər BCI üzərində işləməyə davam etmək niyyətindədirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Münhendə keçirilən IAA Mobility avtosalonunun ziyarətçiləri yeni cihazı sınaqdan keçirə bilərlər: Vision AVTR sentyabrın 7-dən 12-dək əlçatan olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.