Volkswagen şirkəti 2017-ci ildə Detroytda keçirilən avtosalonda ID.Buzz konseptini nümayiş etdirərək, “Yeni eranın Microbus” miniveninin onilliyin sonuna qədər seriyaya gedəcəyini vəd etmişdi. Konseptin seriya versiyasının bu günə qədər debüt etmədiyinə baxmayaraq, miniven üzərində çalışmalar davam edir. Münhendə keçirilən avtosalonda alman istehsalçısının kommersiya avtomobilləri bölməsi ID.Buzz Ad adlı yeni prototipi nümayiş etdirib.

Yeni ID.Buzz AD sələfindən bamperlərin tərtibatı və işıq texnikası ilə fərqlənir. Böyük ehtimalla, minivenin əmtəə variantı məhz belə görünüşə malik olacaqdır. Bundan başqa, prototip, avtonom idarəetmə sisteminin istifadə etdiyi çoxlu sayda vericilər ilə təchiz edilmişdir.

Prototipin kuzovunda “self-driving test” sözləri, habelə Argo AI və MOIA şirkətlərinin adlarını da görmək olar. Argo AI şirkəti robot texnikası və süni intellekt sahəsində ixtisaslaşmış startapdır. Bu startapın ən iri səhmdarları Volkswagen və Ford konsernləridir. MOIA şirkəti də Volkswagen Group konserninə məxsusdur və mobil xidmətlər sahəsində ixtisaslaşıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID Buzz AD 400 metrdən çox məsafədə olan obyektləri aşkarlamağı bacarır. Hazırda miniven şəhər şəraitində sınaqdan keçirilir, 2025-ci ildən başlayaraq isə, onu bəzi Avropa ölkələrində pilotsuz kommersiya daşımalarında istifadə etmək planlaşdırılır.

Buna baxmayaraq, ID.Buzz modelinin sərnişin və yük versiyaları gələn ilin sonunda Avropa İttifaqında satışa çıxmalıdırlar. Sonradan elektroven Şimali Amerika bazarında da debüt edəcəkdir.

ütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.