Volkswagen şirkəti elektrik avtomobillərinə adların verilməsi strategiyasına yenidən baxıldığını rəsmən bəyan edib. ID işarələnməsi qalacaq, lakin rəqəmsal indekslərin (ID.3, ID.4 və s.) əvəzinə bundan sonra tanış və ənənəvi adlardan istifadə olunacaq. Yeni dalğanın ilk modeli Volkswagen ID. Polo hetçbekidir. Bu modelin carçısı olan konseptual hetçbek ID.2all adı ilə tanınırdı. Bu addımın alıcıların şirkətin model diapazonunu daha yaxşı anlaması üçün atıldığı bildirilir.

Volkswagen ID. Polo seriya elektromobili hazırda rəngli kamuflyajda nümayiş etdirilib. Avtomobilin əsas parametrləri çoxdan məlumdur: dörd metrdən bir qədər artıq uzunluq, ön oxda elektrik mühərriki olan sadələşdirilmiş MEB Entry platforması, beşqapılı kuzov və sinif standartlarına görə böyük baqaj.

Volkswagen ID.Polo GTI

İlkin məlumata görə, Volkswagen ID. Polo pasport üzrə 300 və 450 kilometr (WLTP dövrünə uyğun) gediş ehtiyatı olan iki versiyada təklif ediləcək. Bir müddət sonra isə, ID. Polo GTI (o, həm də kamuflyajda göstərilib) drayver versiyası peyda olacaq.

Belə versiya artırılmış güclə deyil, daha çox şassinin aqressiv tənzimləmələri ilə fərqlənəcək. Hetçbekin baza versiyasının təxminən 25 min avroya başa gələcəyi gözlənilir. Bu ona Renault 5 və Peugeot e-208 elektromobilləri ilə rəqabət aparmaq üçün kömək etməlidir. Bütün detallar tezliklə açıqlanmalıdır, ID. Polo modelinin bazar debütü isə, 2026-cı ilin əvvəlində planlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID. Polo hetçbekdən sonra, tanış adlara malik olan digər elektrik ID modelləri görünəcək. Məsələn, şirkət əvvəllər ID.Golf modelini hazırlamağa söz vermişdi, lakin təqdimat zamanı bu modelin adı belə çəkilməyib. Lakin IAA sərgisində B sinifli seriya krossoverin (onun debütü 2026-cı ilin sonuna planlaşdırılır) müjdəçisi olan Volkswagen ID. Cross konsepti nümayiş etdirilib.

Yeni adlara keçidin nəsillərin dəyişməsi ilə baş tutması vacibdir, yəni cari Volkswagen ID.3 istehsal dövrünü mövcud indeks altında başa vuracaq. Daxili yanma mühərrikləri olan avtomobillərin çeşiddə qalması və ID-əkizləri ilə paralel olaraq istehsal edilməsi də eyni dərəcədə vacibdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.