İki il əvvəl sənaye dizayneri İvan Jurba tərəfindən təqdim edilən virtual Ichiban Motorcycles brendi, qarşısına retro-futuristik anime üslubunda elektrik baykını bazara çıxarmaq məqsədini qoyan entuziastlar komandasına çevrilib. Layihənin ilham mənbəyi “Akira” bədii filmi olub, baykın dizayn konsepsiyası isə, yapon vebi-sabi estetikasının yeddi elementindən biri olan kanso (“sadəlik” kimi tərcümə olunur) prinsipinə əsaslanır.

“Akira” filmindəki Şotaro Kanedanın motosikletindən fərqli olaraq, Ichiban daha realistiqdir və eyni zamanda yaxşı təchiz olunub. İkimühərrikli elektrik güc qurğsus zirvədə 61 at qüvvəsi hasil edəcək ki, bu da yerindən 100 kilometr/saat həddinə 3,5 saniyəyə sürətlənməyə imkan verməlidir. 

Batareya 250 kilometrlik yürüş ehtiyatını təmin edəcək, onu 70 faizə qədər doldurmaq isə, yarım saatdan çox çəkməyəcək. Motosiklet ABS, trəkşn-kontrol və“Qodzilla” rejimi (!) ilə təchiz olunacaq. Sonuncu maksimum məhsuldarlığı əldə etmək üçün 10 saniyə ərzində aktivləşdirilə bilər.

Başlanğıc nöqtəsi kimi yapon mədəniyyətindən istifadə etmək ideyası ümumiyyətlə pis fikir deyil, lakin buraxılacaq motosikletin təsvirlərə nə qədər uyğun olacağı hələlik məlum deyil. Baykın nə qiyməti, nə də  onun istehsalının başlanması tarixi açıqlanmayıb.

Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.