Seul məhkəməsi SsangYong Motor şirkətinin mülkiyyət sahibinin dəyişməsini təsdiqləyib - Cənubi Koreyanın avtomobil istehsalçısı KG Group kimyəvi konserninin başçılıq etdiyi konsorsiumun nəzarətinə keçir. Yerli KİV-lərin məlumatına görə, sövdələşmənin ümumi məbləği təxminən 950 milyard von və ya 700 milyon dollar təşkil edir. SsangYong şirkətini restrukturizasiya və adının KG SsangYong Mobility olaraq dəyişdirilməsi gözləyir. Lakin şirkətin adının dəyişdirilməsi hələlik rəsmi olaraq təsdiqlənməyib.

Yonhap agentliyi KG Group qrupunun öz maliyyə öhdəliklərini təsdiqlədiyi, sövdələşmənin isə, məhkəmə və kreditor banklar tərəfindən təqdir edildiyini barədə xəbər verib. SsangYong şirkətinin səhmləri yenidən bölüşdürüləcək: Mahindra & Mahindra konserninin payı indiki 74,65 faizdən birrəqəmliyə (10 faizdən az) qədər azalacaq, KG Group isə, səhmlərin 61 faizinə sahib olacaqdır. Avtomobil istehsalçısının adının KG SsangYong Mobility olaraq dəyişdirilməsi ilə bağlı məlumat bu ayın əvvəlində ictimaiyyətə açıqlanmalıdır.

Hindistanın Mahindra & Mahindra konqlomeratı 2011-ci ildən SsangYong şirkətinin sahibdir. Bununla belə, Cənubi Koreya şirkəti son bir neçə ildir ki, ciddi maliyyə cətinlikləri ilə üzləşir. Koronavirus pandemiyasının yaratdığı böhran isə, bu çətinlikləri daha da ağırlaşdırıb. 2020-ci ilin sonunda Seul İflas Məhkəməsinin qərarı ilə SsangYong şirkəti xarici idarəetməyə keçib.

Elektrobuslar sahəsində fəaliyyət göstərən Edison Motors startapı SsangYong avtomobil markasını almağa çalışıb, lakin sövdələşmə baş tutmayıb. Çətin maliyyə vəziyyətinə baxmayaraq, SsangYong şirkəti avtomobil satmağa davam edib və hətta yeni modeli - KR10 zavod indeksli ofrouderi, - buraxacağını bildirib. Yeni ofrouderin Avropada Tivoli adı ilə satılacağı gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.