Land Rover Defender avtomobilinin nadir iki milyonuncu nüsxəsi Bonhams auksion evinin hərraclarında 400 min funt-sterlinqə (626 min manata) satılmışdır. Autocar dərgisinin verdiyi xəbərə əsasən, hərraclar 20 min funtdan (31 min manatdan) başlasa da, qısa müddət ərzində təklif 200 min funt (270 min manat) qiymətini keçmişdir. Deyilənlərə görə,iki milyonuncu avtomobilə 400 mini adının çəkilməsini istəməyən Qatar dövlətinin təbəəsi vermişdir.

Avtomobilin satışından əldə edilən vəsaitin xeyriyyə işlərinə yönəldiləcəyi bildirilir. Belə ki, bu vəsaitin ünvanı «Beynəlxaq Xaç və Aypara hərəkatı» və heyvanların qorunmasında ixtisaslaşan Born Free Foundation təşkilatıdır. 

İki milyonuncu Defender yolsuzluq avtomobilini Land Rover şirkəti hələ bu ilin iyununda nümayış etdirmişdir. Avtomobil üç qapılı modelin bazasında yığılmış və gümüşü rəngə boyanmışdır. Bundan başqa, avtomobildə məşhur teleaparıcılar Bear Grylls, Adam Henson, eks-pilot Hubert Auriol və Jaguar Land Rover qrupunun rəhbəri Ralph Speth’in imzaları olan lövhəciklər quraşdırılmışdır.

Avtomobildə həmçinin onun qeydiyyat nömrəsini göstərən lövhəcik də mövcuddur. Land Rover bu modeli artıq 67 ildir ki, istehsal edir. Bu ilin sonunda modelin istehsalı dayandırılacaqdır.