BMW şirkəti müəsissələrinin birində iş növbəsinin sonunda huşunu itirmiş iki əməkdaşının ucbatından milyon avro zərərə uğramışdır. Bu darədə xəbəri Bild və DW nəşrləri yaymışdır.
DW nəşrinin əldə etdiyi məlumata əsasən, bu iki əməkdaş iş növbəsi zamanı spirtli içki və marixuana qəbul edirmişlər. Bundan sonra onlar huşlarını itiirmişdirlər. Digər əməkdaşlar dərhal həkimləri çağırmış və bu səbəbdən də konveyeri 40 dəqiqə ərzində dayandırmaq məcburiyyəti yaranmışdır.
Əməkdaşların biri hadisədən sonra işdən qovulmuş, digəri isə başqa işə keçirilmişdir. BMW şirkətinin Münhendəki mənzil-qərargahının yaxınlığında yerləşən müəssisəsində 3-Series sedanı və 4-Series kupesi istehsal edilir. Müəssisə gündəlik 950 avtomobil istehsal edir.