Sirr deyildir ki, bir çox avtomobil istehsalçıları modellərində istifadə etdikləri müəyyən qurğu və aqreqatları kənar istehsalçılardan alırlar. Məsələn, Getrag şirkətinin məhsulu olan 7-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna Ferrari California və 458, həmçinin Ford GT və Mercedes-AMG GT superkarlarında rast gəlmək olar.
Bununla belə, hətta eyni ötürmə dərəcələrinə malik olan 7DCL750 nömrəli qutu Ford və Mercedes-Benz üçün fərqli qiymətə başa gəlir. Road&Track nəşrinin məlumatına görə, HG7Z-7000-A nömrəli detal Ford şirkətinə 27624 və ya 32624 dollara başa gəlirsə, Mercedes-AMG üçün A1902600500 nömrəli qutu 14940 dollara başa gəlir. Bərpa edilmiş bu qutunu, alman şirkəti hətta 11715 dollara əldə edə bilər.
Belə bir qiymət fərqinin necə yarandığını izah edə bilmərik. Çox güman ki, qiymət fərqi Ford GT modelinin məhdud tirajı ilə bağlıdır.