Bu, General Motors China bölməsi tərəfindən yaradılmış və eksklüziv olaraq Çin bazarı üçün nəzərdə tutulmuş krossoverdir. 2024-cü ilin sonunda təqdim ediləcək avtomobilin şəkilləri GMAuthoruty nəşri tərəfindən Çin Xalq Respublikası Sənaye Nazirliyinin məlumat bazasında aşkar olunub. XT5 tanınan görünüşə malikdir, lakin Çindəki tendensiyalara uyğun olaraq radiator barmaqlığının xrom haşiyəsini itirib.
Ön optika Optiq və Vistiq modellərinin üslubunda olan fərqli dizayna malikdir və ikimərtəbəlidir: üst tərəfdə gündüz hərəkət işıqlarının nazik zolaqları, onların altında isə, böyük şaquli əsas fənərlər yerləşir. Radiator barmaqlığı əvvəlki formasını saxlayıb, lakin daha yığcamdır və pətəkşəkilli tərtibata malik olub.
Bamperlər dəyişilib, yanlar tərəflərdəki çıxıntılar isə daha qabarıq görünürlər. Nəsil dəyişikliyi krossoverin ölçülərinin böyüməsinə gətirib çıxarıb – o, sələfindən bir qədər uzun, enli və hündürdür. Oxlar arasındakı məsafə də bir qədər artıb.
Sertifikatlaşdırma sənədlərindən göründüyü kimi, Cadillac XT5 modelinin ikinci nəsli Çində GM-SAIC birgə müəssisəsi tərəfindən hazırlanmış 230 at qüvvəli 2,0-litrlik turbomühərriklə təklif ediləcək.
Platformaya gəlincə, qeyri-rəsmi məlumatlara görə, model C1-2 "arabacığına" əsaslanır – bu, cari XT5 krossoverinin əsasını təşkil edən GM C1 arxitekturasının modernləşdirilmiş versiyasıdır.
ABŞ bazarına gəlincə isə, tezliklə eyniadlı modelin istehsalına son verilməlidir. 2024-cü il amerikan Cadillac XT5 krossoveri üçün sonuncu model ilidir: onun istehsalı dayandırılacaq, varisi isə premium D-SUV seqmentində çıxış edən Cadillac Lyriq krossoveri olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.