Changan şirkəti yerli bazarda ikinci nəsil CS75 Plus krossoverinin satışlarına başlayıb. Yeni krossover növbəti nəsil kimi xarakterizə etsələr də, model radikal dəyişikliklərə məruz qalmayıb: avtomobilin eksteryeri Uni ailəsinin modellərdən tanış olan üslubda dizaynı ilə seçilir. Avtomobilin salonunda daha müasir elektronika peyda olsa da, ön panelin arxitekturası dəyişdirilməyib. Mühərrik çeşidi də dəyişilməz qalıb.

İkinci nəsil CS75 Plus modeli sələfindən iki LED zolaqla birləşdirilmiş nazik formalı ön fənərləri, yeni tərtibatı olan haşiyəsiz radiator barmaqlığı, habelə nazik arxa fənərləri və daha “aqressiv” arxa bamperi ilə fərqlənir.

Salonda elementlərin yerləşməsi saxlanılıb - hətta rəqəmsal cihazlar paneli və multimedia sisteminin sensorlu ekranı da əvvəlki ölçüdədirlər - 12,3 düym. Bununla belə, düymələrin əksəriyyəti yenilənib, havalandırma sisteminin deflektorları daha nazik olublar və ön panelə daha səliqəli şəkildə inteqrasiya ediliblər.

Changan CS75 Plus modelinin mühərrik çeşidində yenilik olmayıb: krossover əvvəlki kimi 178 at qüvvəli 1,5-litrlik və 233 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təklif edilir. Lakin hər iki aqreqat 8-pilləli Aisin “avtomatı” ilə təchiz olunur. Əvvəllər belə qutu yalnız 2,0-litrlik mühərriklə birlikdə quraşdırılırdı, 1,5-litrlik mühərrik üçün isə, sadə 6-pilləlı “avtomat” nəzərdə tutulmuşdu. Ötürmə - əvvəl olduğu kimi ön oxadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Changan CS75 Plus modelinin Çindəki satış qiyməti 124.900 yuandan (33.623 manat) başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.