Çin avtomobil sənayesinin maraqlı bir xüsusiyyəti var: yerli istehsalçılar avtomobillər yeni nəsillər buraxsa da, köhnələrinin istehsalını davam etdirir. Alıcılar onlara öyrəşib, tələbat da layiqli səviyyədə saxlanılır - niyə də olmasın? Məsələn, Haval H6 krossoveri ilə bağlı tamamilə müstəsna bir vəziyyət ortaya çıxıb: hazırda satışda olan üç nəsil var!
Bu, son 2020-ci ilin modeli, 2017-ci ildə buraxılmış ikinci nəsil və 2011-ci ildə buraxılan birinci nəsil. Üstəlik, modellərin fərqli indeksi yoxdur - alıcılara H6 modelini nəsillərinə görə ayırmaq təklif olunur. Paralel olaraq, şirkət köhnə avtomobilləri modernləşdirir. Məsələn, hazırda ikinci nəsilndən olan yenilənmiş Haval H6 modeli təqdim olunub.
4,6 metr uzunluğundakı krossover o qədər də köhnə deyil: H6 modeli debütündən dörd il keçib və planlaşdırılan yeniləmənin tam vaxtıdır. Qeyd etmək gərəkdir ki, Haval dizaynerləri yenilənməyə tam ciddiyyəti ilə yanaşıblar. Belə ki, arxa yan şüşələrin forması dəyişdirilib: onlar daha böyük olublar və avtomobilin siluetini daha dinamik ediblər. Beşinci qapı da yenidir: arxa fənərlər zolaqla birləşdirilib və nömrə nişanının meydançası bamperdən buraya köçürülüb.
Haval H6 yeni bamperləri əldə edib, radiator barmaqlığı daha geniş olub və fənərlərlə “birləşib”. Üstəlik, radiator barmaqlığı üçün iki seçim var: sadə versiyalarda iri üfüqi çubuqlar, bahalı olanlarda isə iri hüceyrəli tor var. Genişləndirilmiş qara dekoru və xrom əvəzinə seçilən əlavələri olan GT paketi də var.
Ön panel sürücüyə tərəf yönəldilmiş konsolla xarakterik profilini qoruyub, lakin arxitektura ciddi şəkildə yenilənib. Mediasistemin 12,3-düymlük ekranı artıq deflektorların üstündə quraşdırılıb (cihaz özü "hava ilə" yenilənməyi dəstəkləyir), transmissiyanın yeni coystiki peyda olub, mühərriki işə salma düyməsi mərkəzi tunelə keçib. Zəngin versiyalar əvvəlki kimi 12-düymlük virtual cihazlar paneli ilə təchiz edilir. Yeni opsiya - zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontroldur.
Modernizasiya mühərrik çeşidinə təsir etməyib, çünki ikinci nəsil artıq benzin “turbodördlüklər” ilə təchiz edilir. 1,5-litrlik baza mühərriki 150 at qüvvəsi və 210 Nm fırlanma anı hasil edir. Eyni həcmli daha müasir aqreqat 169 at qüvvəsi və 285 Nm fırlanma anı təklif edir. Top versiya isə 218 at qüvvəsi və 385 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərrik ilə təchiz olunur. Bütün versiyalar iki muftalı yeddi pilləli "robot" və ön ötürmə ilə təchiz edilir.
Yenilənmiş ikinci nəsil Haval H6 krossoveri Çin bazarında satışa çıxmaq üzrədir. Qiymətlər - 15 min ilə 20 min dollar arasındadır. Maraqlıdır ki, üçüncü nəsil H6 modeli o qədər də baha deyil: 18 min ilə 24 min dollar arasında.