Mercedes-Benz şirkəti ikinci nəsil Citan kommersiya kompaktvenini təqdim edib. Üçüncü nəsil Renault Kangoo modelinin yaxın qohumu olan Mercedes-Benz Citan modeli bazara sentyabrın ortalarında çıxacaq və Almaniyada 23.800 avrodan başlayan qiymətlər ilə satılacaqdır. Citan yük Panel Van və sərnişin Tourer versiyalarında, bir neçə təkər bazası variantında və beş mühərrik seçimi ilə satışa çıxarılacaqdır.

Citan modelinin baza versiyası halogen fənərlərə malikdir. 5500 K rəng temperaturu olan LED High Performance blokları isə opsiyadır

Yeni Citan kompaktveninin xarici görünüşü Mercedes-Benz minik avtomobillərinin dizayn üslubuna mümkün qədər yaxın şəkildə tərtib edilib. Kompaktven “idman və zərifliyin kəsişməsində” yerləşsə də, şirkətdən bildirildiyinə görə. hələ də əvvəlki kimi utilitar və istifadədə sadədir.

Citan modelinin firma elementi, fənərləri vizual olaraq birləşdirən çıxıntıdır - bu element sürüşərək açılan, taybatay açılan və qaldırılaraq açılan qapısı olan avtomobillərdə də mövcuddur.

Şüşəli taybatay açılan qapılar əlavə ödəniş qarşılığında təklif olunur, “bazada” qapılar bağlı olacaqlar

Hələlik Citan modeli yalnız iki versiyada təklif edilir: yük Panel Van və sərnişin Tourer. Hər iki variant da 2716 millimetrlik qısa təkər bazasına malikdir. Sonradan modifikasiya çeşidində uzunbazalı versiya, eləcə də Mixto yük-sərnişin versiyası peyda olacaqdır.

Kompaktveni iki növ sürüşərək açılan qapı (girişin ölçüsü 615x1059 millimetr), asimmetrik taybatay açılan qapılar (90 və ya 180 dərəcə kilidli) və qaldırılaraq açılan qapı ilə sifariş etmək olar.

Yük bölməsinin daxili tərtibatı da fərqlidir. Panel Van modeli metal döşəməyə və plastiklə örtülmüş yan divarlara sahib olacaqdır. Citan Tourer modelində isə hər şey plastiklə örtülmüş olacaqdır

Citan Panel Van furqonunun yükləmə hündürlüyü 59 santimetrdir. Opsional qatlanan çəpəri olan yük bölümünün uzunluğu 3,05 metr, həcmi isə 2,9 kubmetrdir. Eyni zamanda, Panel Van furqonunda 2 - 3 nəfəri, Tourer variantıda isə beş nəfər yerləşdirmək mümkündür. Citan bir ton yarıma qədər çəkisi olan qoşqunu yedəyə ala bilər.

Furqon standart olaraq altı təhlükəsizlik yastığı ilə təchiz edilir, sərnişin Citan Tourer modeli isə yeddi (mərkəzi hava yastığı əlavə edilib). Model üçün erqonomik “profilli” rahat oturacaqlar, ikizonalı iqlimə nəzarət sistemi, Mercedes-Benz onlayn xidmətlərinə malik olan MBUX mediasistemi, qızdırılan sükan, yük bölməsinin LED işıqlandırması, smartfonların simsiz doldurulması meydançası və parkinq köməkçisi təklif edilir.

Mercedes me xidməti vasitəsilə bir sıra funksiyalara daxil olmaq mümkündür: mərkəzi kilidin uzaqdan idarə edilməsi, “hava üzərindən” naviqasiya sisteminin xəritəsinin yeniləməsi və avtomobilin avtomatik diaqnostikası

Yeni Citan modelinin mühərrik çeşidinə 75-116 at qüvvəsinə malik olan 1,5-litrlik dizel mühərriki, habelə 102 və ya 131 at qüvvəsi hasil edən 1,3-litrlik benzin “turbodördlüyü” daxildir. Transmissiya - yalnız altı pilləli mexaniki ötürmələr qutusudur. Ən sürətli kompaktven 100 km/saat həddinə 11.7 saniyəyə, ən yavaşı isə 18 saniyəyə sürətlənir. 2022-ci ildə bazara elektrik güc qurğusu ilə hərəkətə gələn  eCitan çıxacaqdır. 102 at qüvvəli elektrik mühərriki, 44 kilovat-saatlıq batareya ilə təchiz olunacaq kompaktven enerji yükləmədən dolu bataeya ilə 285 kilometr məsafə qət edə biləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Citan modelinin ardınca, Mercedes-Benz şirrkəti minik T-Class və EQT minik vesiyalarını təqdim etməlidir. Citan kimi. T-Class da Renault platformasına əsaslanacaq, lakin Vito/V-Class cütlüyünə bənzər şəkildə daha dəbdəbəli və rahat olacaqdır. Bu ilin sonuna qədər debütü gözlənilən T-Class kompaktveni Mercedes-Benz model xəttində V-Class modelindən bir pillə aşağıda yerləşəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.