Rüsselshaymdakı zavodda Opel İnsignia modelinin ikinci nəslinin seriya istehsalına başlanmışdır. İkinci nəsil İnsignia modelini seriyaya buraxmaq üçün, alman istehsalçısı zavodun əsaslı monernləşdirilməsinə 500 milyon avro vəsait qoymuşdur.
Rüsselshaymdakı zavodun konveterindən çıxan ilk model 170 at qüvvəli 2,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş Opel İnsignia Grand Sport modeli olmuşdur. İlk seriya avtomobilinin kuzovu ağ rəngə boyanmışdır. Məlum olduğu kimi, Opel şirkətinin Avropadakı diler mərkəzləri artıq İnsignia modelinə sifarişləri qəbul etməyə başlamışdırlar.
Modellərin dilerlərə çatdırılması bu ilin yayında başlanacaqdır.
Opel rəhbərliyi ikinci nəsil İnsignia modelinin sələfindən daha uğurlu olacağını bildirmişdirlər. Xatırladaq ki, avtomobilin birinci nəsli Avropa bazarında yaxşı tələbata malik idi. Qeyd etmək lazımdır ki, İnsignia modelinin ilk nəsli bütün dünya üzrə 940 min tirajla satılmışdır.
Bir neçə ilk bundan öncə o Avropanın ən yaxşı avtomobili tituluna da layiq görülmüşdür.