İkinci nəsil Porsche Panamera liftbeki iki yeni modifikasiya əldə etmişdir. Bunlardan birincisi baza, ikincisi ilə uzadılmış variantdır. Yeni modifikasiyaların kütləvi təqdimat mərasimi gələn həftə işinə start veriləcək Los-Anjeles avtosalonunda baş tutacaqdır.
Panamera modelinin baza variant 330 at qüvvəli 2,9-litrlik altı silindirli mühərriklə təchiz ediləcəkdir. Yeni mühərrik sələfindən 20 at qüvvəsi güclüdür. Mühərrik səkkiz pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu və arxadan çəkiş sistemi ilə təchiz edilir. Bu mühərriklə birlikdə tam çəkiş sistemini də sifariş etmək mümkündür. Uzadılmış modifkasiya isə, liftbekin ilk nəslində olduğu kimi 150 millimetr uzadılmış təkər bazasına malikdir. Uzun bazalı avtomobilin qabarit uzunluğu 5,2 metrəyə çatır. Uzun bazalı modifikasiya 330 at qüvvəli 3,6-litrlik V6 motoru olan versiya üçün də əlçatandır.
Bundan başqa,Panamera 4S (440 at qüvvəsi), Panamera Turbo (550 at qüvvəsi) və Panamera E-Hybrid (462 at qüvvəsi) modifikasiyalarını da uzun baza ilə sifariş etmək olar.
Executive adını almış uzun bazalı modifkasiyaların standart avadanlıq siyahısına pnevmatik və adaptive PASM şassisi, panoram tavan, ön və arxa oturacaqların qızdırılması, həmçinin arxa şüşədəki günəş pərdəsi daxildir. Avtomobilin top-variantı tamidarəolunan şassi, dörd zonalı klimat-kontrol, qapı çəkiciləri və işıqdiodlarından fənərlər daxildir.
Opsional olaraq açılan masası olan iri dirsəkaltını və çıxarılan 10,1-düymlük display planşetləri olan multimedia sistemini sifariş etmək olar.