"Rossiyskaya Qazeta" nəşri tezliklə satışa çıxarılacaq ikinci nəsil Renault Duster haqqında təfərrüatları öyrənib. Nəşrin bildirdiyinə görə, krossover indiki Duster modelinin təchiz edildiyi 1,5-litrlik turbodizeli itirəcək. Əlavə olaraq, Arkana modelində tanış olan 150 at qüvvəli 1,33-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəyi təsdiqlənib.
Təsdiqlənməmiş məlumatlara görə, ikinci nəsil Duster modeli iki güc qurğusu ilə təklif ediləcəkddir: və beş pilləli mexaniki ilə tandemdə çalışan 114 at qüvvəli 1,6-litrlik Renault H4M benzin mühərriki, və ya altı pilləli mexaniki transmissiya və ya variatorla təchiz edilə 150 at qüvvəli 1,33-litrlik turbomühərrik. Ötürmə - ön oxa və ya tam olacaqdır. Qəzet, digər mühərriklər və transmissiyaları olan Duster modelinin zavodda görünmədiyi üçün, aqreqatlar siyahısının son olduğunu qeyd edib.
Cari Renault Duster modelinə quraşdırılan 109 at qüvvəli turbodizeli ilə yanaşı, jurnalistlərin verdiyi siyahıda 143 at qüvvəsi hasil edən 2,0-litrlik benzin mühərriki də yoxdur.