Üçüncü nəsil Tiguan krossoveri keçən il təqdim edilib, lakin alman krossoverinin 2015-ci ildə debüt etmiş ikinci nəsli hələ də bir sıra əsas bazarlarda satılmağa davam edir. Buna misal kimi, Meksika istehsalı olan Tiguan krossoverlərinin satıldığı ABŞ bazarını göstərmək olar. Artıq okeanın o tayındakı alıcıların da belə Tiguan ilə vidalaşma vaxtı gəlib çatıb. Buna Volkswagen Tiguan Wolfsburg Edition adlı xüsusi versiya işarə edir.
O, adi krossoverlərdən genişləndirilmiu gümüşü və xrom dekorasiyası, həmçinin müvafiq nişanları ilə fərqlənir. Dörd kuzov rəngi variantı (mavi, qara, boz və ağ) təklif edilir, 18-düymlük təkər diskləri isə, unikal dizayna və ikirəngli tərtibata malikdirlər.
Volkswagen Tiguan L Pro
İnteryer narıncı tikişləri olan qara dəri ilə üzlənib. Qapı kandarları işıqlandırılıb, kontur işıqlandırması isə, 30 rəng seçimi təklif edir. 2.0 TSI turbo mühərrik (187 at qüvvəsi, 300 Nm) və səkkiz pilləli avtomatik transmissiya dəyişməz olaraq qalır.
Belə təvazökar təkmilləşdirmə Wolfsburg Edition versiyasının sərfəli qiyməti ilə kompensasiya edilir: ön ötürməli versiyanın qiyməti 31 min dollardan, 4Motion transmissiyası olan krossoverin isə, 32,500 dollardan başlayır. Müqayisə üçün: müqayisə edilə bilən təchizata malik olan adi Tiguan SE modelinin qiyməti müvafiq olaraq 31 600 və 33 000 dollardan başlayır.
Xatırladaq ki, Amerikada satılan Tiguan genişləndirilmiş təkər bazasına malikdir və Avropada Allspace indeksi ilə satılan modelinə uyğundur (baxmayaraq ki, ABŞ-dakı versiyada yalnız iki oturacaq cərgəsi var).
Yeni nəsildə belə versiya hələlik yalnız Çində mövcuddur: orada yeni uzunbazalı krossover Volkswagen Tiguan L Pro adlanır. Çox güman ki, ABŞ-da satılacaq krossover məhz Çindən gətiriləcək, özü də çox yaxında...
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.