Bu yaxınlarda Audi A4 ailəsini əvəz edən yeni nəsil Audi A5 modelinin təqdimatı keçirilib. Yeni "beşlik" yalnız liftbək və universal kuzovları ilə təklif olunur – belə həll A5 çeşidində olan ikiqapılı modellərin buraxılışının dayandırılmasından xəbər verir. Audi şirkəti bundan sonra kupe, kabriolet və rodsterləri istehsal etməyəcəyini rəsmən açıqlayıb.
Əslində, ikiqapılı Audi modelləri üçün belə fəlakətli nəticə gözlənilən idi. 2020-ci ildə Audi A3 Cabriolet, 2023-cü ilin noyabrında isə, Audi TT kupesi və rodsteri təqaüdə göndərilib.
Audi R8 superkarı da 2024-cü ilin martında model xəttindən çıxarılıb və bu, İnqolştadtdan olan ortamühərrikli modellərin dövrünün başa çatdığını göstərir.
Yeni nəsil Audi A5 ailəsində ikiqapılı variantları görməyən alman jurnalistləri rəsmi şərh üçün şirkət nümayəndələrinə müraciət ediblər. Ən pis gözləntilər öz təsdiqini tapıb: Audi yaxın gələcəkdə heç bir ikiqapılı avtomobili buraxmağı planlaşdırmır.
Maraqlıdır ki, TT və R8 sportkarlarının növbəti nəsilləri istehsal planlarına daxil edilsələr də, onların varisləri elektromobillər olacaq. Üstəlik, yeni modellərin debüt tarixi də hələlik qeyri-müəyyəndir. Elektromobil bazarında tələbatın azalması fonunda, bu planlara yenidən baxıla bilər.
Əsas rəqiblərin vəziyyəti bir qədər daha yaxşıdır. BMW ikinci, dördüncü və səkkizinci seriyanın ikiqapılı modellərini, eləcə də Z4 rodsterini istehsal etməyə davam edir, lakin onların üzərində artıq buludlar dolaşmağa başlayıblar: şayiələrə görə, bütün bu kvarteti altıncı seriyanın kupe və kabrioleti əvəz edilməlidir.
Mercedes-Benz şirkəti ikiqapılı S-Class modelindən çoxdan imtina edib: üstəlik, C və E-Class kupe və kabrioletlərini orta ölçülü CLE modeli ilə əvəzləyib. Hətta bahalı SL və AMG GT modelləri də artıq yaxın qohumdurlar.
Təəccüblü həqiqət bundan ibarətdir ki, möhtəşəm, lakin praktik olmayan ikiqapılı modelləri kütləvi istehlakçıya satmaq getdikcə çətinləşir. Dəbli krossoverlərin buraxılması daha asan və daha sərfəlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.