Alman Auxietre&Schmidt dileri unikal Ferrari avtomobilini satışa çıxarıb. Səksən nüsxəlik tirajla buraxılmış Ferrari 599 SA Aperta superkarlarının arasında bu avtomobil öz unikallığı ilə seçilir. Tamamilə qara rəngə boyanmış kuzova və Hermes salonunun vəhdətini təşkil edən superkarın satış qiyməti açıqlanmayıb.
11500 kilometr yürüyüşü olan supercar Nero Stellato adlı qara rəngin üçqat çaları ilə boyanmışdır. Ferrari 599 SA Aperta modelinin interyeri Hermes şirkətinin narıncı firma rəngində tərtib edilib. Superkar 599 GTO superkarının açıq veriyasıdır.
Ferrari 599 GTO isə öz növbəsində Ferrari 599XX trek avtomobilinin ümumi yollar üçün nəzərdə tutulmuş versiyasıdır. Modelin kütləvi təqdimatı 2010-cu ildə Paris avtosalonunda keçirilmişdir. Ferrari 599 SA Aperta 599 GTO modelindən daha maili alın şüşəsi, təhlükəsizlik qövslərinin üzərindəki iki aerodinamik “üzgəci”, həmçinin daha rahat tənzmləmələri olan asqı sistemi və buraxılış sistemi ilə seçilir.
Superkar 680 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilibdir. Güc aqreqatı altı pilləli sekvental transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat sürətinə 599 SA Aperta 3,6 saniyəyə çatır. Superkarın maksimal sürəti 325 km/saatdır.