Bildiyimiz kimi, yola saldığmız 2015-ci il bir çox yeni avtomobillərin təqdimatı ilə yadda qalmışdır. Aparılan müşahidələr və dərc etdilən xəbərlər bloklarının statistikası ilin ən çox baxılan beş təqdimat videoçarxını müəyyən etmişdir. Bu il ən çox maraq göstərilən markalar siyahısında Audi, Lexus, Mercedes-Benz, Alfa-Romeo və Chevrolet vardır. Gəlin bu videoçarxlarla tanış olaq.
Birinci yerdə bu il Frankfurt beynəlxalq avtomobil sərgisində təqdim edilmiş Audi A4'dür. Avtomobili debütü ilin ən çox hay-küyünə səbəb olan debütlərindən biridir. A4 modelinin ilk görüntüləri Audi markasının fanatları arasında çoxlu mübahisələrə səbəb olmuşdur. Həvəskarların əsas müzakirə mövzusu A4 modelinin zahiri görünüşü olmuşdur.
Audi A4 modeli tam yeni platformada yaradılmış və daxil olduğu sinifdə ilk dəfə tətbiq ediləb çoxlu sayda texniki yeniliklərlə təchiz edilmişdir. Avtomobilin ölçülərində də dəyişikliklər vardır - A4 sələfindən 25 millimetr daha uzun və 16 millimetr daha enlidir. Bundan əlavə, yeni model möhkəm «dieta» sayəsində 120 kiloqramm çəki atmışdır.
İkinci ən çox izlənən təqdimat videoçarxı Lexus LX 570 yolsuzluq avtomobilin görüntüləri olan çarxdır. Lexus avtomobilinə olan maraq bütün dünyada, həmçinin Azərbaycanda yüksəkdür.
Avtomobil ümumi küzov formasını qoruyub-saxlasa da, ön və arxa hissədə olan üslub dəyişiklikləri onun görünüşünü daha aqressiv etmişdir.
Avtomobilin iç məkanı da hiss olunacaq dəyiıikliklərə məruz qalmışdır. Lexus LX570 bir sıra yeni avadalıq da əldə etmişdir. Ən başlıcası isə, avtomobili artıq dizel güc aqreqatı ilə də sifariş etmək mümkün olacaqdır.
Bürünc medal Mercedes-AMG GLE 63/63 S modelinə nəsib olmuşdur. Mercedes-Benz GLE-Klasse'nin bərkgedən variantı olan bu krossoverə maraq Youtube istifadəçiləri arasında yüksək olmuşdur. İlin əvvəlində baş tutmuş North American International Auto Show (NAIAS) sərgisində təqdim edilən avtomobil 5,5-litrlik ikiqat-turbolu V8 benzin mühərriki ilə təchiz edilir.
Mercedes-AMG GLE 63 variantının mühərriki 557 at qüvvəsi və 700 Nm fırlanma anı təklif edir. Ən bərkgedən varian olan GLE 63 S isə, 585 at qüvvəsi və 760 Nm fırlanma anı ilə qürrələnə bilər.
Dördüncü yeri Appenin yarımadasından olan Alfa-Romeo markasının Giulia Quadrifoglio Verde avtomobili tutmuşdur. İtalyan şirkənin ümidlərini doğruldacaq bu avtomobil, Audi'nin RS4, BMW'nin M3 və Mercedes-AMG'nin C63/C63 S modelləri ilə rəqabət aparmaq üçün vəzifələndirilmişdir.
İtalyan bərkgedəni rəqiblərini ram etmək üçün gözəl və cılbedici görkəmlə yanaşı, Ferrari və Maserati şirkətlərinin mütəxəssislərinin birgə çalışması olan altı silindirli 503 at qüvvəli turbomühərrikdən istifadə edəcəkdir. Mühərrik həm altı pilləli müxaniki sürətlər qutusu, həm də səkkiz diapazonlu avtomatik qutu ilə təchiz edilir.
Nəhayət, beşinci mükafatın sahibi Chevrolet markasına aid olan Malibu modelidir. Avtomobil ilin əvvəlində təqdim edilən gündən Google axtarış sistemində ən çox axtarılan avtomobillərdən biri olmuşdur. Avtomobil yeni cazibədar zahiri görünüşü sayəsində amerikalı alıcıların rəğbətini qazana bilmişdir.
Yeni Malibu'nun uzunlüğü sələfindən 58 millimetr daha çoxdur və sedan hiss olunacaq dərəcədə «arıqlamışdır». Əvvəlki nəsillə müqayisədə yeni avtomobil 140 kiloqramm az çəkiyə malikdir. Digər bir maraqlı fakt da odur ki, avtomobilin tərəklərarası bazası nə az, nə çox, 91 millimetr üzanmışdır.