Britaniyanın Engine Technology International dərgisi “İlin beynəlxalq mühərriki” mükafatının qaliblərini elan edib. Dörd il ardıcıl olaraq baş mükafatı Ferrari şirkətinin 3,9-litrlik səkkizsilindrli biturbomühərriki qazanıb. Ən yaxşı elektrik güc qurğusu kimi isə, Jaguar I-Pace modelinin elektrik mühərriki tanınıb.
3,9-litrlik biturbomühərrik hazırda Ferrari 488 Pista və F8 Tributo modellərində quraşdırılır. Bu mühərrik 2016, 2017 və 2018-ci illərdə də qalib olub. Onun nominaslyadakı rəqibləri Mercedes-AMG şirkətinin 4,0-litrlik V8 biturbomühərriki, Porsche şirkətinin 2,5-litrlik turbomühərriki və Audi şirkətinin 2,0 TFSI mühərriki olub.
“Ən yaxşı yeni mühərrik” kateqoriyasında qalib Jaguar I-Pace modelinin elektrik qurğusu olub. Bu mühərrik müsabiqədə iştirak edən elektrokarların mühərrikləri arasında da ən yaxşı qurğu kimi tanınıb. Ən yaxşı hibrid aqreqatı BMW i8 modelinin 1,5-litrlik üçsilindrli mühərriki olub. “Ən yaxşı idman mühərriki” isə yenidən Ferrari şirkətinin 3,9-litrlik V8 biturbomühərriki hesab edilib.