Honda şirkətinin Ohayodakı zavodunun konveyerindən Acura NSX sportkarının ilk əmtəə variantı buraxılmışdır. Bu əlamətdar hadisəyə həsr edilmiş mərasimdə, istehsal edilmiş ilk avtomobil onun üçün hərracda 1200000 dollar ödəmiş sahibinə təhvil verilmişdir Bu avtomobilin satışından əldə edilən vəsait yapon istehsalçısı tərəfindən xeyriyyə məqsədlərinə sərf edilmişdır. Qeyd etmək lazımdır ki, Acura NSX modelinin konveyerə qədər gəldiyi yol uzun və keşməkeşli olmuşdur. İlk dəfə Acura NSX modelinin prototipi 2012-ci ildə Detroyt avtosalonunda nümayiş etdirilmişdir.
Bu illər ərzində Honda şirkətinin Ohayodakı avtomobil və motosikl istehsal edən zavodunun yaxınlığında Acura NSX modelinin buraxılması üçün nəzərdə tutulmuş yeni zavod inşa edilmişdir. Zavod nümayəndələrinin bildirdiyinə əsasən, onlar ildə 800 ədəd NSX sportkarını buraxmaq niyyətindədirlər.
Acura NSX modeli tərkibinə 3,5-litrlik altısilindirli turbomühərriki və üç elektomotor daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Elektrik mühərriklərindən ikisi ön təkərlərin hərlənməsinə cavabdehdirlər. Üçncü elektromotor isə, mühərrik və transmissiyanın arasında yerləşdirilmişdir.
Acura NSX üçün 1,2 milyon dollar ödəmiş şəxs
Bu elektromotor sürətlənmə zamanı benzin mühərrikinə yardım edir. Bu tandemin fırlanma anı doqquz pilləli iki muftalı sürətlər qutusunun vasitəsi ilə arxa oxa ötürülür. Hibrid qurğunun ümumi gücü 581 at qüvvəsinə bərabərdir. Qeyd etmək lazımdır ki, Acura NSX kupesi Amerika Birləşmiş Ştatlarının ərazisində istehsal edilən ən bahalı seriya avtomobilidir.
Onun tövsiyyə olunan satış qiyməti 155 min ABŞ dolları təşkil edir. Əlavə olaraq, Acura NSX amerikan istehsalı olan yegənə ortamühərrikli sportkardır.