Ferrari şirkəti özünün ilk elektromobilinin rəsmi debüt tarixini açıqlayıb: avtomobil oktyabrın 9-da nümayiş etdiriləcək. Brendin rəhbəri Benedetto Vinya Ferrari elektrokarının unikal üsluba və idarəetməyə malik olacağını bildirib.

Hələlik gələcək model haqqında başqa təfərrüatlar yoxdur, yenilik haqqında yeganə şey yol sınaqları zamanı çəkilmiş kamuflyajlı prototipdir. Bununla belə, bu il Ferrari daha beş yeniliyi təqdim etməyi planlaşdırır ki, onların arasında artıq istehsalda olan modellərin modifikasiyaları da var.

Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.