Şanxaydakı avtosalonun səhnəsində ilk Maybach elektromobilinin debütü baş tutub. Lakin Mercedes-Maybach EQS 680 SUV krossoveri müstəqil model deyil, yalnız EQS SUV krossoverinin ən güclü, dəbdəbəli və bahalı versiyasıdır. Dəbdəbəli versiyanın baza modelindən kuzov fərqləri yoxdur: Maybach elektrokarı daha kiçik modifikasiyalarla eyni təkər bazasına (3210 millimetr) və ümumi uzunluğa (5125 millimetr) malikdir. Ancaq müasir Maybach avtomobillərinin ruhu tam həcmdə çatdırılıb.
Xarici xüsusiyyətlər arasında yalançı radiator barmaqlığının fərqli naxışı (əslində bu bağlı paneldir), zəngin xrom dekor, 21 və ya 22 düymlük orijinal təkər diskləri var. Üstəlik, bəzi elementlərdə (məsələn, ön bamperin örtmələrində) Maybach markasının loqolarından ornament hazırlanıb. Matrisa Digital Light fənərləri baza təchizatınaa daxildir, iki rəngli kuzov isə əlavə ödəniş qarşılığında əlçatandır.
İnteryer də zəngin şəkildə tərtib edilib və Maybach təkrar emal edilmiş materiallara keçid meylinin təsirinə məruz qalmayıb. Buna görə də, baza təchizatı əsl nappa dərisi ilə tərtibata və ağac şponundan dekora malikdir. Bununla belə, dərinin emalı və aşılanması üçün “ekoloji cəhətdən təmiz” qəhvə dənələrinin qabıqları istifadə olunur. MBUX Hyperscreen ön paneli də standart təchizata daxil edilib, lakin onun qrafikası dəyişdirilib: Discreet, Sporty və Maybach ekran rejimləri var.
Əsas diqqət salonun arxa hissəsinə yönəldilib. Burada arxaya sürüsdürülmüş fərdi oturacaqlar quraşdırılıb (“adi” Mercedes EQS SUV ilə müqayisədə) və onlar standart olaraq geniş çeşiddə elektrik tənzimlənməsinə, qızdırılma və havalandırma funksiyasına və quraşdırılmış massajora malikdirlər. Bundan əlavə, boyun və çiyin zonaları ayrıca qızdırılırlar. Bort sistemlərini idarə etmək üçün iri mərkəzi tuneldə çıxarıla bilən “planşet” quraşdırılıb, əlavə ödəniş qarşılığında qatlanan masaları və şüşələr üçün soyudulan bölməni sifariş etmək olar. Eyni zamanda, Maybach krossoverini arxa sərnişinləri üçün ayrıca ekranları (hər biri 11,6 düym) sifariş etmək olar.
Salonda fərdi idarələnən 253 işıqdiodlarından ibarət olan 64 işlək rəngli qabaqcıl işıqlandırma var. Tənzimlənən plafonlar arxa dam dayaqlarına quraşdırılıb. Standart Burmester səs sistemi 15 dinamika malikdir. Baqajın həcmi ikicərgəli baza krossoverindəki 645 litrə qarşı 440 litrdir. Bölmə Artico süni dərisi ilə işlənib və taxta örtmələrlə bəzədilib.
Elektromobil standart olaraq pnevmatik asqıya (kuzovu 35 millimetr qaldırmaq olar) və tam idarələnən şassiyə malikdir. Aadi halda arxa təkərlər 4,5 dərəcəyə qədər dönə bilərlər, əlavə ödəniş qarşılığında dönmə bucağını təsiredici 10 dərəcəyə qədər artırmaq olar. Arxa təkərlərin dönmə bucağının artırılması geriyədönmə dairəsini demək olar ki, bir metr - 11,9 metrdən 11 metrə qədər azaldacaqdır.
Əgər “adi” çeşidin zirvəsində ikimühərrikli EQS 580 SUV versiyası (544 at qüvvəsi, 858 Nm) yerləşirsə, Mercedes-Maybach EQS 680 SUV modeli 658 at qüvvəsi və 950 Nm hasil edən ikimühərrikli güc qurğusuna və tam ötürməyə malikdir. Üstəlik, ön modul mühərriki təkərlərdən ayıran mufta ilə təchiz edilib: magistral rejimlərində Maybach arxa ötürmə ilə hərəkət edir. Eco, Sport, Offroad və Individual idarəetmə rejimləri var, lakin standart olaraq ən rahat Maybach rejimi işə düşür.
Digər modifikasiyalar kimi, Maybach da 107,8 kilovat/saatlıq batareyaya malikdir və dolu batareya ilə gözlənilən yürüş ehtiyatı 600 kilometrdir. Elektromobil üçün dəyişən (22 kilovatlıq) və daimi (200 kVt) cərəyanlı bort şarj cihazları verilir. 100 km/saata sürətlənmə zamanı 4,4 saniyədir. Mercedes-Benz EQS 580 SUV versiyası bu işə 4,6 saniyə sərf edir. Maksimal sürət 210 km/saatdır.
Maybach elektrokarı EQE və EQS krossoverlərinin istehsal olunduğu amerikan zavodunda buraxılacaqdır. Qiymət hələlik açıqlanmayıb. Böyük ehtimalla, krossoverin Avropadakı satış qiyməti 200 min avronu keçəcəkdir. Məsələn, benzin mühərrikli Mercedes-Maybach GLS krossoverinin Avropadakı satış qiyməti 173 min avrodan başlayır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.