Səudiyyə Ərəbistanında yerləşən Seven Car Lounge firması tərəfindən nadir bir avtomobil satışa çıxarılıb. Bu avtomobil, Pagani Huayra superkarının ilk nüsxəsidir. Şassi nömrəsi 001 olan bu nadir avtomobil 2013-cü ildə istehsal olunub. Avtomobilin bu günə olan yürüyüşü 3600 kilometrdir. Onun qiyməti potensial alıcının sorğusuna əsasən bildiriləcəkdir. Pagani Huayra Registry’nin məlumatına əsasən, göy rəngə boyanmış avtomobil əvvəllər adının çəkilməsini istəməyən Qatar dövlətinin təəbəsinə məxsus olub. Hal-hazırda avtomobil Pagani Automotive şirkətinin mülkiyyətindədir.
Pagani Huayranın ümumi tirajı 100 avtomobildən ibarət olmuşdur. Avtomobillərin hamısı 2015-ci ilin əvvəlində satılmışdır. Avtomobil Mercedes-AMG tərəfindən hazırlanmış, 700 at qüvvəsi və 1000 Nm fırlanma anı olan 6,0-litrlik V12 mühərriki ilə təchiz edilir. Superkar yerindən 100 km/saat sürətini 3,3 saniyəyə toplayır və 370 km/saat maksimal sürət həddinə malikdir.
Pagani Huayra'nın dəyəri təxminən iki milyon dollar təşkil edir.