Rolls-Royce Cullinan modeli dəbdəbəli britaniya markasının ən gözlənilən modellərindən biridir. Britaniya istehsalçısının etiraf eydiyinə görə, Rolls-Royce marka müştərilərinin birbaşa tələbi və israrından sonra “yüksək klirensli nəqliyyat vasitəsinin” yaratmaq məcburiyyətində qalıbdır.
Bu günlərdə Rolls-Royce şirkəti yeni istehsal edilmiş ilk Cullinan modellərinin onu səbirsizliklə gözləyən dilerlərə göndəriləcəyini bildirib. Səkkiz müxtəlif təchizat səviyyəsinə malik olan avtomobil artıq İngiltərənin London, Lids, Mançester, Birmingem, Bristol, Esseks və Sanninqdeyl şəhərlərində, həmçinin Şotlandiyanın Edinburq şəhərində yerləşən diler mərkəzlərinə yollanıbdır.
Səkkizinci nəsil Rolls-Royce Phantom modeli ilə eyni platformada inşa edilmiş ofrouder 563 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir.