Klassik avtomobillərin axtarışı, qiymətləndirilməsi və satışı üzrə xidmət göstərən alman Weekend Heroes şirkəti 260 min avro qarşılığında yaxşı vəziyyətdə olan 1975-ci ilin Porsche 911 Turbo sportkarı ilə ayrılmağa hazırdır. Kupe 400 avtomobildən ibarət olan ilk homologasiya seriyasına aiddir və buna görə də 930/50 mühərriki ilə təchiz edilib. Avtomobil bərpa edilməyib və odometrində 72 min kilometrlik göstərici var.
Porsche 911 modelinin turbomühərrikli versiyasının yaradıllanmasına 1972-ci ildə başlanılıb. Şirkət Porsche 934 yarış avtomobilinin homologiyası üçün 400 avtomobil istehsal etməyi planlaşdırırdısa,ilk üç ildə sportkarın tirajı 2800 nüsxəni keçib.
1974 -cü ildə keçirilən təqdimat zamanı 930 Turbo modeli ən sürətli alman avtomobili olub: kupenin 100 km/saata sürətlənməsinə 5,2 saniyə lazım idi. Sportkarın maksimal sürəti 250 km/saat təşkil edirdi. Eyni zamanda, 930 modeli özünəməxsus xarakterə malik idi və sürücüsünün təcrübə və səriştəsinə qarşı olduqca yüksək tələblər irəli sürürdü.
İdman avtomobili Carrera RS 3.0 modelindən götürülmüş 3,0-litrlik oppozit mühərriki və dörd pilləli mexaniki transmissiya ilə təchiz edilirdi. Mühərrik mümkün olduğu yerlərdə gücləndirilmiş və yeganə KKK 3 LDZ turbokompressorunu almışdı. Nəticədə, aqreqatın hasilatı 260 at qüvvəsi və 343 Nm fırlanma anı təşkil edirdi.
Ən maraqlısı isə, maksimal fırlanma anı artıq 4000 dövr/dəqiqədə əlçatan idi. Artmış gücün öhdəsindən gəlməsi üçün, 930 Turbo modeli yenidən tənzimlənmiş asqı, daha geniş arxa təkərlər və hava girişi olan spoyler ilə təchiz edilirdi.
Buna baxmayaraq, sportkarın bəzi “xəstəlikləri” də mövcud idi: 930 Turbo izafi dönrmədən və nəzərəçarpacaq turbolaqdan əziyyət çəkirdi, buna görə də, avtomobili yalnız təlim keçmiş sürücülər tam qiymətləndirə bilərdilər. Satışa çıxarılan sportkar 400 nüsxəlik homologasiya seriyasından olan 303-cü avtomobildir.
72 min kilometr yol qət etmiş avtomobil tamamilə orijinal formasını qoruyub saxlayıb - yalnız lak-boya səthinin yenilənməsi lazım olub. Bütün mexaniki hissələrə vaxtında texniki xidmət göstərilmişdir ki, bu da, onların təmirə ehtiyacının olmadığını göstərir.
Avtomobil ilə birlikdə satıcı onun tarixini təsdiqləyən sənədlər paketini də verəcəkdir.Lakin bütün bunlar üçün 260 min avro xərcləmək gərəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.