RM Sothbey’s amerikan hərrac evinin satışlarına nadir Shelby Cobra CSX 2000 rodsteri çıxarılacaqdır. Bu avtomobil yarışçı və mexanik Kerrol Şelbi tərəfindən yaradılmış ilk Cobra sportkarıdır. Orijinal Shelby Cobra modeli 1962-ci ildə təqdim edilmişdir.

Kerrol Şelbi Britaniya istehsalı olan AC Ace sportkarına 260 at qüvvəsi gücü olan 4,2-litrlik səkkiz silindirli Ford Windsor mühərrikini quraşdırmışdır.

Rodster 96 kilometr-saat sürətinə 4,2 saniyəyə sürətlənir və dreq məsafəsi olan dördə bir mil məsafəsinin (402 metr) qət edilməsinə 13,8 saniyə sərf edirdi. Shelby Cobra CSX 2000 modeli sonradan yeni tədqiqatlar və araşdırmalar üçün sınaq meydançası kimi istifadə edilirdi.

Bundan başqa, sportkar avtomobil nəşrlərinə test sınaqlarına təqdim edilir, eyni zamanda ABŞ-da keçirilən tematik tədbirlərdə nümayiş etdirilirdi. Rodster 2012-ci ildəki vəfatına qədər Kerrol Şelbinin mülkiyyətində olmuşdur. 

 RM Sothbey`s hərrac evinin nümayəndəsi avtomobil haqqında bu sözləri söyləmişdir: “Amerikan sportkarlarından söz düşən zaman, Shelby Cobra CSX 2000 modelinə rəqib tapılacaq avtomobili göstərmək mümkün deyildir. Onun  idman avtomobillərinin inkişafına göstərdiyi təsir və tarixi əhəmiyyəti danılmazdır”.

Hərrac 19 avqusta Kaliforniya ştatının Monterey şəhərində keçiriləcəkdir. Lotun ilkin dəyəri açıqlanmasa da, avtomobilin satışından “ciddi vəsait” əldə ediləcəyi ehtimal edilir. Bu hərraclarda eyni zamanda, ümumi dəyəri 11 milyon dollardan artıq olan  altı klassik Ford yarış avtomobili satışa çıxarılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt