Toyota şirkəti Supra modelinin ilk nüsxəsini Barrett-Jackson hərracında satacaqdır. Hərrac 19 yanvar 2019-cu il tarixində Arizona ştatının Skotsdeyl şəhərində keçiriləcəkdir. Toyota Supra modelinin dünyəvi premyerası 14 yanvar 2019-ci il tarixində Detroyt avtosalonunda baş tutacaqdır.
20201 VIN nömrəsinə malik olan unikal sportkar son 20 ildə ABŞ bazarında satılan ilk Supra modeli olacaqdır. Kupe tutqun boz rəngli kuzova, qırmızı rəngli güzgü gövdələrinə və qara rəngli təkər disklərinə sahib olacaqdır. Avtomovilin salonu dəri ilə üzlənəcək və avtomobilin statusunu göstərən karbon emblemlə bəzədiləcəkdir. Kupe haqqında ətraflı məlumat hərraca yaxın veriləcəkdir.
Supra modelinin satışından əldə edilən vəsait Amerikan kardeoloqları assosiasiyasına və 11 sentyabr 2001-ci il teraktlarında zərər çəkmiş veteranlar, hərbiçilər və onların ailəsinə yardım edən Bob Vudraff xeyriyyə fonduna köçürüləcəkdir.