Volvo markasının ilk elektrokarının yürüş ehtiyatı 400 kilometrdən yuxarı olacaqdır. Bu barədə Automotive News dərgisinə İsveç markasının amerikan bölməsinin rəhbəri Leks Kerssemeykers bildirmişdir.
Top-menecer yüksək yürüş ehtiyatının mövcudluğu elektrik modelinin ABŞ bazarındakı uğur qazanması üçün əsas meyardır.
O, avtomobil haqqında ətraflı məlumat verməsə də, elektrokarın 30-40 min ABŞ dolları arasında olacağını bildirmişdir. Automotive News nəşrinin əldə etdiyi məlumata əsasən, Volvo rəhbərliyi elektromobilin taleyi barədə qərar qəbul etməkdə çətinlik çəkirlər. Onlar avtomobili ayrı xəttə ayırmaq və ya yaxud mövcud olan ailələrin birinə daxil etmək üzərində müzakirələri davam etdirirlər. Kerssemeykersin sözlərinə görə, Volvo tərəfindən hazırlanmış SPA modelu platforması və Geely şirkətinin məhsulu olan CMA platforması elektrokar üçün uyğundur. Elektromobilin buraxılışı 2019-cu ilə planlaşdırılmışdır. O zamanda qədər, Volvo şirkəti CMA platformasında yaradılacaq yığcam XC40 krossoverini buraxmaq niyyətindədir.
Bu platforma növbəti nəsil V40 hetçbekinin, sedan və universalın əsasını təşkil edəcəkdir.