RM Sotheby's hərrac evi, Almaniyanın Essen şəhərində keçiriləcək yay hərraclarda, Volkswagen şirkətinin tarixindəki ilk Golf yarış avtomobilini satışa çıxaracaqdır. Bu, 1975-ci ildə Group 2 sinfinin tələblərinə uyğun olaraq hazırlanmış birinci nəsil Golf hetçbekidir.
Parlaq qırmızı rəngli Volkswagen Golf Mk 1 Group 2 modelini 1975-ci ildə təqdim ediblər. Avtomobilin inşası ilə Rolf Notelle və Nothelle Motorsport emalatxanası məşğul olub. Heçtbek əvvəlcə 164 at qüvvəsi hasil edən 1,6-litrlik dördsilindrli mühərrik, sonra isə, iki Weber 45 DCOE karbüratoru və təmassız alışdırması olan 1,8-litrlik mühərrik, diyircəkli dayaqları olan asqı, BBS təkər diskləri və yarış əyləcləri ilə omoloqasiyadan keçiriblər. Yarış avtomobili, 1975-ci ildə Hokkenheym avtodromunda keçirilmiş Almaniya Qran Prisində ilk qələbəsini əldə edib.
Doqquz il əvvəl hetçbek Rolf Notelenin oğlu Markus tərəfindən tamamilə bərpa edilib. 2012-ci ildə Golf Mk1 Group 2 modeli Essendəki Techno Classica sərgisində nümayiş olunub. İndi isə, avtomobili satmağa qərar veriblər. Avtomobilin gələcək sahibi onunla birlikdə ehtiyat mühərrikini və transmissiyanı, eləcə də Group 2 sinfinin orijinal ehtiyat hissələri dəstini əldə edəcəkdir. Avtomobilin qiyməti hələ elan olunmayıb.