"Forbes" xəbər verir ki, bazardakı qeyri-sabit vəziyyət fonunda, Tesla şirkətinin baş icraçı direktoru İlon Maskın varidatı bir həftə ərzində 36.6 milyard dollardan 31.1 milyard dollara qədər azalıb. Tesla şirkətinin səhmləri 22% dəyər itkisinə məruz qalıblar və analitiklərin proqnozlarına görə, yaxın günlərdə daha da ucuzlaşacaqdırlar.
Dünya bazarlarının çökməsi, neftin ucuzlaşması və koronavirus pandemiyası İlon Mask da daxil olmaqla dünyanın ən varlı insanların varidatlarına ciddi təsir göstərib. Bir müddət bundan öncə, Mask yeni virusun ABŞ vətəndaşlarının sağlamlığına təhlükə yaradacaq 100 ən əsas təhlükə arasında olmadığını, pandemiya səbəbi ilə çaxnaşmanın isə “axmaqlıq” olduğunu bildirib.
Son yeddi gün ərzində Tesla şirkətinin səhmləri 22% enib və bir səhmə görə 546 dollar təşkil edib. Analitiklər enişin yaxın günlərdə davam edəcəyini bildirirlər. Onlar bir səhmin qiymətinin 480 dollara düşəcəyini ehtimal edirlər.
Fransız LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun direktoru Bernard Arnonun zərəri 14 milyard dollar qiymətləndirilir. Zara mağazalar şəbəkəsinin sahibi Amanasio Orteqanın sərvəti 12,8 milyard azalıb və dünyanın ən varlı adamı, Amazon korporasiyasının icraçı direktoru Cef Bezos isə 6,4 milyard dollar itirib.
Mənbə: Forbes