Tesla şirkətinin rəhbəri İlon Mask elektrik pikapının təxmini qiymətini açıqlayıb. Amerikada Ford F-150 və Ram 1500 pikpaları ilə rəqabət aparacaq elektrokarı 49 min dollara satmaq planlaşdırılır.

Tesla pikapı haqqında bu günə olan məlumatda modelin ikimühərrikli sxemə, yükə uyğunlaşan asqıya və avtoparklanma sisteminə malik olacağı bildirilir. Dolu batareya ilə enerji yükləmədən elektropikap 640-805 kilometr arasında məsafə qət etməlidir. Pikapın dizaynı «kiberpank» üslubunda olacaqdır. Bu isə, ətraf işıqlandırması və iti bucaqları olan kuzov anlamına gəlir.

Rivian RT1

Tesla pikapı ABŞ-da ən populyar olan üçlük ilə rəqabət aparmalı olacaqdır. Bunlar, Ford F-Series (keçən il 909 min nüsxədə satılmış), Chevrolet Siverado (583 min) və Ram (537 min) modelləridir. Bu avtomobillərin qiyməti, müvafiq olaraq, 28155, 28300 və 33190 dollardan başlayır.

Bundan başqa,  Tesla modeli Rivian və Bollinger elektrik pikaplarından da mövqeyini qorumalıdır.