Tesla şirkətinin başçısı İlon Mask yeni avtomobillərin buraxılmasındakı gecikmələrin səbəbini açıqlayıb - bu əsasən Semi elektrik yük avtomobilinə aiddir. Semi modelinin istehsalının 2022-ci ilə keçirilməsinə baxmayaraq, PepsiCo şirkətinin rəhbəri çatdırılmaların ilin sonunda başlayacağına ümid etdiyini bildirib. Twitter sosial şəbəkəsində suallara cavab verən Mask, PepsiCo şirkətinin bəyanatına əhəmiyyət verməməyə çağırıb, habelə Tesla şirkətinin qarşılaşdığı problemlər barədə danışıb.
Maskın sözlərinə görə, bu günə Tesla şirkətinin “çoxlu sayda əlavə avtomobillər” buraxmağa imkanı yoxdur. Digər avtomobil istehsalçıları kimi, Tesla şirkəti də elektron komponentlərin çatışmamazlığından əziyyət çəkir və özünün istehsal planlarına düzəlişlər etmək məcburiyyətindədir. Batareyaların çatdırılmasındakı gecikmələr amerikan istehsalçısının problemlərini daha da ağırlaşırır.
Tesla şirkləti zərərin qarşısını almaq üçün batareya tədarükçülərinin siyahısını genişləndirməyə çalışır. Panasonic şirkəti ilə yanaşı, Tesla şirkəti LG Energy Solution və CATL şirkətləri ilə də müqavilələr bağlayıb. Eyni zamanda, istehsalçı özünün akkumulyator elementlərinin yaradılması üzərində işləyir.
Tesla Semi elektrik yük avtomobilinin 2017-ci ildə təqdim edilməsinə baxmayaraq, bu günə qədər onun istehsalına başlanmayıb. Modelin kütləvi istehsalına 2022-ci ildə start veriləcəyi bildirilib. Lakin keçən həftə PepsiCo şirkətinin rəhbəri Semi yük avtomobillərinin ilk partiyasının bu ilin dördüncü rübündə alacaqlarını gözlədiyini bildirib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.