İlon Mask Tesla şirkətinin direktorlar şurasının sədri vəzifəsini tərk edəcəkdir. Masın vəzifədən getməsini ABŞ-ın Qiymətli kağızlar üzrə komissiyası tələb edib. Bununla belə, İlon Mask şirkətin baş direktoru vəzifəsini qoruyub-saxlayıb.
Bu istefaya Qiymətli kağızlar üzrə komissiyanın (SEC) iş adamını dələduzluqda ittiham etməsi səbəb olub. Mask 45 gün müddətində tutduğu vəzifədən getməlidir. Əldə edilmiş razılaşmaya əsasən, Mask üç il müddətində bu vəzifəni tutmaq hüququndan da məhrum edilib. Onu müstəqil menecer əvəz etməlidir. Üstəlik, Mask 20 milyon dollar da cərizmə ödəməlidir. Bu məbləğ Tesla şirkətinin hesabından tutulacaqdır. 20 milyon şirkətin zərər görmüş səhmdarları arasında bölüşdürüləcəkdir. Bundan başqa, şirkət iki müstəqil direktoru da direktorlar şurasına təyin etməlidir.
İlon Maskın bəlaya düşməsinə səbəb onun Twitter sosial şəbəkəsində yazdığı tviti olub. Mask tvitində şirkətin səhmlərini 420 dollara alaraq onu özəl şirkətə çevirmək planlarının olduğu bildirib. Bu məbləğ səhmlərin bazar qiymətindən yüksək olması bir tərəfə dursun, üstəlik Mask sonradan öz planından imtina edib. Komissiya isə, iş adamı tərəfindən atılmış bu addımı dələduzluq kimi qiymətləndirib. Beləliklə, Mask, Tesla şirkətinin səhmlərinin kursunu süni şəkildə artırmaqda şübhəli bilinir.