İnfiniti şirkəti Detroyt avtosalonuna QX50 krossoverinin növbəti nəslinin «seriya variantına yaxın olan» prototipini gətirəcəkdir. Bu barədə xəbəri Automotive News saytı yaymışdır.
İnfiniti QX50 krossoverinin seriya variantı 2018-ci ildə işıq üzü görməlidir. Yeni krossoverin xarici görkəminin dizaynı bu il Pekin avtosalonunda nümayiş etdirilmiş QX Sport Inspiration konsepti ilə bənzərlik daşıyacaqdır. Böyük ehtimalla, İnfiniti QX50 modeli 270 at qüvvəsınə və 390 Nm fırlanma anına malik olan dəyişən dərəcəli sıxılma texnologiyalı 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Bundan başqa, krossover Q50 və Q60 modellərindən tanış olan 3,0-litrlik iki turbokompressorlu V6 mühərriki ilə də təklif ediləcəkdir. Bu mühərrik gücləndirmə dərəcəsindən asılı olaraq 300 və ya 400 at qüvvəsinə malikdir.