Infinity şirkəti Detroyt avtosalonunda nümayiş etdirəcəyi elektrik krossoverinin ilk təsvirini yayıb. Konsept yapon markasının yeni dizayn üslubunu nümayiş etdirməklə yanaşı, gələcək seriya modelləri və elektrokarlar üçün hazırlanmış yeni platforma barədə məlumat verəcəkdir.
Konseptual krossover Infiniti şirkətinin model cərgəsinin elektrikləşdirilməsi, hibrid və elektrik avtomobillərinin buraxılması üzrə strategiyasının tərkib hissəsi olacaqdır. Prototipin əsasını, avtomobilin xaraici görkəminə qarşı başqa tələbləri irəli sürən yeni platforma təşkil edəcəkdir. Avtomobillər yeni ölçülərə və köməkçi sistemlərlə zəngin olan geniş salona malik olacaqdırlar.